XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 06:42

Riqa sammitində Avropa Azərbaycan yanaşmasını seçəcək – TƏHLİL

Sherq-Terefdashliqi.jpg

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının Vülnüs sammitində

Hazırda elə vəziyyət yaranıb ki, Aİ Bakıya lazım olduğu qədər Azərbaycan da Brüsselə lazımdır

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrinin mayın 20-21-də keçiriləcək 4-cü Riqa sammiti ərəfəsində Brüsselin şərq siyasətinin formatının dəyişəcəyi ilə bağlı gözləntilər doğrulmaqdadır. Aİ rəsmilərinin açıqlamaları və Şərq Tərəfdaşığı Proqramına üzv ölkələrdən səslənən bəyanatlar prosesin bu istiqamətdə yön aldığından xəbər verir. Xatırladaq ki, Strateq.az-da 08.04.2015-ci il tarixdə dərc olunan “Avropa İttifaqı-Azərbaycan: anlaşmaya bir addım…” təhlilimizdə (http://strateq.az/t%C9%99hlil/1907-avropa-ittifaq%C4%B1-az%C9%99rbaycan-anla%C5%9Fmaya-bir-add%C4%B1m-t%C9%99hlil.html) Aİ-nin Şərq siyasətinin, Şərq Tərəfdaşığı Proqramının formatının dəyişəcəyi, Brüsselin şərq qonşuları ilə ümumi formatda yox, diferensial formada ikitərəfli əlaqələri inkişaf etdirilməsinə üstünlük verəcəyi ilə bağlı ehtimallar irəli sürmüşdük. Qeyd etmişdik ki, Şərq Tərəfdaşlığı Proqramının indiki formatı və Brüssellin siyasəti mövcud reallıqlara adekvat deyil və şərq qonşuları ilə münasibətlərin inkişafı üçün yeni yanaşmaların tətbiqi zəruridir. Artıq Brüsseldən və Avropadan proseslərin məhz bu istiqamətdə inkişafının məqbul olması ilə bağlı aydın siqnallar verilməkdədir.

Avropa daha təmkinli olub

“Şərqi Avropada yaranmış yeni geosiyasi vəziyyətlə əlaqədar Aİ özünün şərq siyasətinə strateji olaraq yenidən nəzərdən keçirməlidir”. Bu barədə Riqa sammiti ərəfəsində Avropa Parlamentinin prezidenti Martin Şults bəyan edib. “O hesab edir ki, Şərq Tərəfdaşlığı Siyasəti ticarət, viza rejiminin leberallaşdırılması sahələrində konkret nəticələr verməsi üçün daha effektiv və diferensiallaşdırılmış olmalıdır. Kommunikasiya strategiyasının yaxşılaşdırılması üzərində də fikirləşmək lazımdır”, – deyə Avropa Parlamentinin Latviyadakı İnformasiya Bürosunun rəhbəri Marta Ribele M.Şultsun fikirini çatdırıb. M.Şults həmçinin qeyd edib ki, Riqa sammitində bu məsələləri şərq tərəfdaşları ilə müzakirə etmək imkanı olacaq. Onların nəzərinə çatdırılacaq ki, Aİ bu regiondan imtina etmir.

Almaniya Ukraynaya mane olur?

“Şərq Tərəfdaşlığı Sammiti bir sıra Avropa ölkələrinin mövqeyi ucbatından uğursuzluğa düçar ola bilər”, – deyə Riqa sammiti ilə bağlı gözləntiləri şərh edərkən Ukrayananın Aİ-dəki səfiri Konstantin Yeliseyev açıqlama verib. Onun sözlərinə görə, sammitdə Ukrayna, Gürcüstan və Moldovanın Avropaya inteqrasiyası səyləri təsdiqlənməli və dəstəklənməlidir. Amma Aİ-nin bir sıra üzvlərinin mövqeyi sammitin uğurszuluğuna səbə ola bilər.

Avropa nəşri EUObserver 13 mayda sammitdə qəbul olunması gözlənilən deklarasiyanın ilkin variantını şərh edib. Nəşr qeyd edib ki, 2009-cu illə müqayisədə hazırkı variant daha təmkinlidir. 2009-cu ildə Brüssel şərq qonşularına onları Avropaya yaxınalaşıracaq islahatların keçirilməsində kömək etməyi vəd edirdi. Aİ həmçinin bu istiqamətdə tam dəstək ifadə edirdi. Amma sonra Ukrayna hadisələri baş verdi və göstərdi ki, Avropaya yaxınlaşma səyləri heç də hər zaman müsbət nəticələr vermir.

EUObserver yazır ki, Riqa sammitində qəbul olunması gözlənilən deklarsiyanın ilkin variantında maliyyə yardımı vədləri ilə bağlı da heç nə yoxdur. Bu isə Ukraynanı qəzəbləndirib və onlar öz əlavələrini təklif ediblər. Lakin, böyük ehtimalla Almaniyanın mövqeyinə görə bunlar qəbul olunmaya bilər. çünki, Berlində hesab edirlər ki, şərq qonşularının avropaya yaxınalaşdırmaq səylərini tormozlamağa çalışır.

Riqa sammitində Putinin kölgəsi

Riqa sammitinə Rusiya prezidenti Putin qatılmayacaq. Lakin obrazlı ifadə etsək, onun kölgəsi hər yerdə görünəcək. Artıq Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Aleksandr Lukaşeviç bəyan edib ki, Moskvanın Riqa sammitinə reaksiyası çox sərt və prinsipial olacaq.

Moskva üçün Aİ-nin təmkinli mövqe tutması çox vacibdir. Kremldə çalışırlar ki, şərq tərəfdaşlığı ilə bağlı məsələlərdə Rusiyanın mövqeyi və maraqları nəzərə alınsın. Aİ ilə Uktayna arasında ötən il noyabrda imzalanmış Assosasiya Sazişi Rusiyanın müqavimətindən sonra qismən qüvvəyə minib. Azad tcarət zonasının yaradılması ilə bağlı məsələlərin gerçəkləşməsi 2015-ci ilin sonuna qədər təxirə salınıb. Kremldə çalışırlar ki, Ukrayna və Assosasiya sazişi imzalamış Gürcüstan və Moldova ilə bağlı bu məsələlərlə bağlı qərarların qəbulunda Rusiyanın şərtləri nəzərə alınsın.

Riqa sammitində Ukrayna və Gürcüstanla Aİ arasında viza rejimin ləğv edilməsi ilə bağlı da məsələ də həllini tapmayacaq. Bir neçə gün əvvəl Avropa Komissiyası bəyan edib ki, vizasız rejimin tətbiqi üçün Kiyev və Tibilisi kifayət qədər islahatlar aparmayıblar. Bu istiqamətdə işləmək lazım gələcək.

Ekspertlər isə qeyd edirlər ki, bu qərar əslində Rusiyanı qıcıqlandırmamaq üçün atılıb.

Sherq-Terefdashliqi_1.jpg

Azərbaycan və Şərq Tərəfdaşlığı: Bakının şərtləri qəbul olunacaq

Aİ-nin bu yeni yanaşması Bakının son illər rəhbər tutduğu siyasətlə ümumi şəkildə üst-üstə düşür. Artıq 2005-ci ildən Azərbaycan bəyan edir ki, Aİ şərq qonşuları ilə ümumi formatda yox, diferensial formada ikitərəfli əlaqələri inkişaf etdirməlidir. Bu zaman ən müxtəlif amillər nəzərə alınmalı və həyata keçirilməsi real olan təşəbbüslərə üstünlük verilməlidir. Bakı iqtisadiyyat və energetika, təhlükəsizlik məsələlərini prioritet kimi irəli sürüb. Uzun müddət Brüsseldə Bakının bu arqumentləri qulaq ardına vurulsa da, Azərbaycana münasibətdə təmkinli siyasət yürüdülüb.

İndiki məqamda isə Bakının önə çəkdiyi prioritetlər əsas götürülməklə, ikitərəfli münasibətlərin yenidən nəzərdən keçiriləcəyini əminliklə söyləmək olar.

Avropa nəşri EUObserver qeyd edir ki, Riqa samiitində qəbul olunması gözlənilən deklarsiyanın ilkin variantında Brüsselin ” hər bir tərəfdaşın Aİ ilə münasibətlərində can atdığı məqsəd və ambisiyalarına uyğun olaraq suveren hüququnu və azad seçimini təsdiqlədəyi” bəyan olunub.

Bununla belə Azərbaycan Ai üçün çox vacib enerji tərəfdaşı olaraq nəzərdən keçirilir. Azərbaycan Aİ ilə Assosasiya Sazişi imzalamasa belə Belarusiya və Ermənistandan fərqli olaraq Avrasiya İttifaqına qoşulmayıb. Bu isə ikitərəfli əməkdaşlığın inkişafı üçün imkanları saxlayır.

Dünən Aşqabadda Transxəzər b
oru kəmərinin çəkilişi ilə bağlı Aİ-nin təşəbbüsü ilə Türkmənistan, Türkiyə və Azərbaycanın iştirakı ilə aparılan müzakirələr bir daha göstərdi ki, Bakı Brüssel üçün tərəfdaş olaraq öz əhəmiyyətini saxlamaqdadır.

Hazırda elə vəziyyət yaranıb ki, Aİ Bakıya lazım olduğu qədər Azərbaycan da Brüsselə lazımdır. Riqa sammitində bu yanaşmanın önə çıxacaını gözləyə bilərik.

Zaur İbrahimli

Strateq.az