XƏBƏR LENTİ

02 Aprel 2020
01 Aprel 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 22:28

Bir ildə 2,400-dən çox məhkuma elektron qolbaq tətbiq olunub- Ədliyyə Nazirliyi

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə qanunvericilik əsaslı surətdə yenilənib, Məhkəmə ekspertizası mərkəzinin infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb. 

“Report”un məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2019-cu ildə Mərkəzdə 41 ekspert ixtisası üzrə 35.000-ə yaxın işə baxılıb, ekspertlər 816.000-dən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,6%-ni həll ediblər.

Bundan başqa azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2.400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib, cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.