Bakı meriyası qarşısında etiraz aksiyası – qadınlar yolu bağladılar
Bir qrup qadın bu dəqiqələrdə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı yolu bağlayıb. Movqe.az-ın hadisə yerindəki müxbirinin xəbərinə görə, onların tələbi Bakı Şəhər İcra Hakimiyyətindən maliyyə məsələsi bağlıdır.
Qadınlar Bakı Şəhər İcra Hakimiyyətindən onlara verilməli olan pul tələbi ilə yolu bağladıqlarını söyləyiblər.
Bakı Şəhər İcra Hakimiyyətinin qəbul şöbəsindən Movqe.az-a bildirilib ki, hazırda həmin şəxslər qəbul edilib, onların problemləri dinlənilir.