XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 13:10

Nazir iclas çağırdı, 7 hakim cəzalandırıldı, yeni seçimlər oldu – SİYAHI

fikret-memmedov.jpg

Bu gün Məhkəmə-Hüquq Şurasının yenilənmiş tərkibdə ilk iclası keçirilib.

Strateq.az xəbər verir ki, iclasda bir sıra təşkilati məsələlərə baxılaraq, yeni Şura üzvü təyin edilən şəxslərə xidməti vəsiqələr təqdim olunub.

Bundan sonra Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə ardıcıl tədbirlərə toxunub.

Daha sonra iclasda Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün yuxarı məhkəmələr, prokurorluq və vəkillər kollegiyası tərəfindən irəli sürülən və digər namizədlər müzakirə olunaraq onların sırasından Komitə üzvləri seçiliblər: “İclasda, həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə, Bakı şəhəri Nizami rayon məhkəməsinin sədri Məhəmməd Əkbərova, həmin məhkəmənin hakimi Ramil Həsənova, Gəncə Ağır cinayət məhkəməsinin hakimi Mübariz Məmmədova töhmət verilmiş, 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin hakimi İntizar Bayramovaya və Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyevə irad tutulmuş, habelə bir hakim barədə intizam icraatı başlanıldığı da açıqlanıb”.

Strateq.az