XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 13:53

Moskvada mobil məscidlər işləyəcək

mobil_mescid.jpg

Yaxın vaxtda Moskva küçələrində mobil məscidlər olacaq. Mobil məscidlərlə bağlı ideyanı Moskva Müsəlmanları Ruhani İdarəsi də dəstəkləyib. Moskva məscidinin imamı İldar Alyautdinov bildirib ki, “dini nöqteyi-nəzərdən bütün Yer kürəsi məscid sayılır. İnsan namaz vaxtı istənilən yerdə namaz qıla bilər. Amma şəhər sakinləri üçün yəqin ki, metro və küçədə yox, hansısa ayrıca bir məkanda namaz qılmaq rahat olardı”, – deyə din xadimi RİA Novosti agentliyinə bildirib.

Onun sözərinə görə, hələ bu layihənin Moskvada özünü doğruldub-doğrultmayacağı məlum deyil. Amma mümkündür ki, bir çox müsəlmanlar mobil məscidlərin hərkət marşrutunu izləyib, onun dayandığı yerdə namaz qılsınlar. İldar Alyautdinov həmçinin artıq mobil sinaqoqlar ideyasının yəhudilər tərəfindən sınaqdan çıxarılmasına diqqət çəkib.

Mobil məscid layihəsinin təşəbbüskarı Ayrat Kasımov isə mobil məscid olan müvafiq avtobusda dəstəmaz üçün ayrıca yer, həmçinin namaz qılmaq üçün isə zal olacağını qeyd edib.

Onun sözlərinə görə, Moskvada 2 milyona yaxın müsəlman var, onların sayı artmaqdadır. Artıq 10 ildir ki, yeni məscidin tikilməsi ilə bağlı danışıqlar aparılır. Hazırda Moskvada 4 işləyən məcsid var, onlar isə mövcud tələbi ödəyə bilmir.

Mobil məscidlərin gələn həftədən işləməyə başlaması nəzərdə tutulur. ümumilikdə, 16 belə mobil məscidin işləməsi planlaşdırılır.

Strateq.az