Bakıda 46 yaşlı qadın itkin düşüb.
Sabunçu rayon, Ramanı qəsəbəsi, M. Ə. Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan, 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görüblər.
Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. /APA