XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2015 - 05:29

Məmurlar Prezidentə yazılan şikayətləri gizlədə bilməyəcək: Vahid onlyan sistem yaradılır

memurlar.jpg

“İcra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə mərkəzləşdirilimiş halda baxılmasına imkan verəcək”.

Strateq.az bildirir ki, bu barədə Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-a müsahibəsində deyib.

“Yeni sistem təsisçi-administratora imkan verir ki, respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasını, həmçinin respublika üzrə sistemə daxil edilən bütün məlumatları mərkəzi server vasitəsilə müşahidə etsin“-deyə o vurğulayıb.

Eyni zamanda bu sistem prezidentə ünvananlanan müraciətlər barədə informasiyaları da qəbul edəcək.

“Bu sistem hətta müraciətlər barədə məlumatların Prezident Administrasiyasına elektron formada göndərilməsi də bu sistem vasitəsilə təmin ediləcək. Əgər müraciətlərin daxil olduğu andan onların icrası başa çatanadək bütün prosesləri müşahidə etmək mümkündürsə, onda gecikmələrin, yaxud müraciətə vaxtında və düzgün baxılmamasının qarşısı daha tez alına bilər”-deyə S.İsmayılov vurğulayıb.

Sistemin fəaliyyətinin təşkilinə gəldikdə, Qaydalarda informasiya sisteminin məsul şəxsləri sistemlə əlaqədar bütün problemləri təsisçi-administratorla həll etməli olduğu göstərilib, informasiya sisteminin yerli icra hakimiyyəti orqanlarındakı iş yerlərinin mərkəzi serverlə əlaqələndirilməsi qaydaları, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədəki vəzifələri müəyyənləşdirilib.

Fərman imzalandıqdan dərhal sonra şöbəmiz tərəfindən bu sistemin fəaliyyətini təmin edəcək müvafiq qurumların nümayəndələri ilə birlikdə şəhər və rayon icra hakimiyyətləri aparatlarında müvafiq hazırlıq işlərinə başlanılıb.

“Hazırda şəhər və rayon icra hakimiyyətləri aparatlarında bu işi yerinə yetirəcək şəxslərin müəyyən edilməsi başa çatır və yeni proqramın Fərmanda göstərilən müddətdə tətbiq olunmasında heç bir problem yaranmayacaq”.

Fərmanda sistemin təsisçi-administratoru, operatoru və məsul şəxslərinin əsas vəzifələri konkret göstərilib və sistemin 2015-ci il iyulun 1-dək tətbiq olunacağı müəyyən edilib.

“Azərbaycan vətəndaşları dövlətimizin başçısının qayğı və diqqətini həmişə hiss edir və bunun real nəticələrini öz gündəlik həyatlarında görürlər. Bu, bir həqiqətdir ki, vətəndaşlara qayğı göstərilməsi, onların müraciətlərinə baxılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi prioritet məsələlərdən biri olub və bu gün də prioritet olaraq qalır”-deyə PA nümayəndəsi bildirib.

Xatırladaq ki, 2015-ci il aprelin 29-da Azərbaycan Respublikası Prezidenti “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb.