XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2015 - 05:39

Dialoq başlandı: “Hakimiyyət seçki təklifini müzakirə etməyə hazır deyil”-Əli Həsənov

dialoq.jpg

Bu gün üçüncü iqtidar-müxalifət görüşü keçirilir.

Strateq.az Musavat.com-a istinadən xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirə qatılmaq üçün artıq bir çox partiyaların liderləri toplaşıb. Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, “ümid” Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı tədbirdə iştirak edir.

Müsavat Partiyası və AXCP tədbirə qatılmayacağını açıqlayıb.

dialoq01.jpg

Görüşdə iqtidar tərəfdən iştirak edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, üçüncü görüşün keçirilməsi zəruridir. Siyasi partiyaların Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayan Ə.Həsənov dialoq zamanı müzakirə olunacaq məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, ölkədə əhəmiyyətli hadisələr baş verdikdə, iqtidarla müxalifət arasında görüş zərurəti yaranır: “Siyasi partiyalarla dialoqun aparılması ümummilli mahiyət kəsb edir və bu görüşlərin mahiyyəti bundan ibarətdir”.

dialoq02.jpg

O, qeyd edib ki, ötən görüşdən keçən üç aya yaxın müddətdə müxalifət partiyalarından hakimiyyətə ciddi təklif daxil olmayıb: “Yalnız blokun adından seçki islahatları və siyasi partiyaların seçkidə iştirakı barədə təklif daxil olub. Hakimiyyət bu gün bu təklifi müzakirə etməyə hazır deyil. Buna lüzum da görmürük ki, seçki islahatları və qarşıdan gələn seçkiləri müzakirəyə çıxaraq və müzakirə edək. Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran məsələ Avropa Oyunlarını keçirmək, onun təşkilati məsələləridir. Cəmiyyətin aparıcı siyasi institutları da bu məsələdən kənarda qalmamalıdır”.