XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 08:12

Əli Həsənov həbslərdən danışdı: “Qanunlara əməl etsinlər”
Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər bəzi iş adamlarının həbs olunması ilə bağlı məsələyə münasibət bildirib.
Strateq.azAzNews.az-a istinadən xəbər verir ki, Ə.Həsənov jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı araşdırmalar aparıldığını deyib: “Bu həbslərlə bağlı Daxil İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalar, məhkəmələr bu adamların fəaliyyətinin Azərbaycanın qanunvericiliyinə uyğun olub-olmadığını üzə çıxaracaq”.
Ə.Həsənov ölkə başçısının iş adamlarını dəstəklədiyini vurğulayıb: “Amma iş adamlarından bircə tələb var ki, Azərbaycan qanunlarına əməl etsinlər”.