XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 10:34

KXCP sədri: “İqtidarda dialoqu istəməyənlər var” – Mövqe

mirmahmud-mir.jpg

KXCP sədri Mirmahmud Mirəlioğlu bu gün baş tutan sayca üçüncü iqtidar-müxalifət dialoqu ilə bağlı Strateq.az-a açıqlama verib. M.Mirəlioğlu bildirib ki: “müzakirələr barədə kifayət qədər açıqlama verilib. Biz də öz fikirlərimizi təkrar olaraq bildirdik. Niyə təkrar deyirəm. Ona görə ki, əvvəlki görüşlərdə müzakirə olunan məsələlər hələ də həllini gözləyir. Amma biz ümidsiz də deyilik. Lakin indidən uzağa gedən nəticələr də çıxarmağın tərəfdarı deyiləm”.

Dialoq prosesinin perspektivi ilə bağlı KXCP sədri qeyd edib ki, iqtidarda dialoqu istəməyənlər var: “Təşəbbüsün kindən gəlməsindən asılı olmayaraq bu görüşlərin təşkilində Prezident Administrasiyası təşkilatçı kimi çıxış etdi. Əli Həsənovun rəhbərliyi ilə bu görüşlər aparılır. Biz müzakirələr zamanı da dedik ki, iqtidarda bu danışıqları istəməyənlər var. Onlar bu görüşlərə son qoymaq isyəyirlər”.

KXCP sədri Müsavat və AXCP-nin görüşə qatılmamasına da münasibət bildirdi: “Bu müzakirələrdə iştirak edib-etməməklə bağlı partiyalar özləri qərar qəbul edir və bu onların öz işidi”

Strateq.az