XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2015 - 10:43

Obamanın son iki ili daha təhlükəli ola bilər – Təhlil

Dünya liderliyin həsrətini çəkir

Quzey Koreya dünyanın istənilən nöqtəsinə nüvə partladıcısı daşımaq imkanı verən ballistik raketin sualtı qayıqdan buraxılması haqda təzəcə məlumat yayıb.

İran mühafizəkarlarına gəlincə isə, onlar bu gün Qırmızı dənizin çıxışında yerləşən Ədən strateji limanına nəzarət edir, onların quruda yerləşən gəmi əleyhinə raketləri isə artıq Hörmüz boğazından neft daşımalarını təhdid edir. İranın pas tutmuş gəmiləri pərlərini cırıldada-cırıldada ABŞ donanmasının üzərinə gedəndə Amerika gəmiləri geri çəkilir. Mollalar Amerikanın himayəsindəki konteynerdaşıyanları oğurlayanda biz heç nə etmirik.

İŞİD hər dəfə növbəti qəddar edam kadrını şəbəkəyə yerləşdirərkən sivil ölkələr isə onu heç cür cəzalandırmayanda gənclik bütün dünyada antiictimai hərəkətlərə meyl sərgiləyəmə başlayır və bu qanlı qətliama qoşulmağı arzulayır.

Biz, doğrudan da, ölüvayıq.

Alinski nəzəriyyəsinin (Saul Alinski – Amerika ictimai xadimi və “üçüncü yol” nəzəriyyəsinin banisi-red.) prezident konspektləri deyir ki, qüvvənin qavranması qüvvənin özündən önəmlidir. Eyni şey ölüvarlığa da aiddir.

Obamanın saysız-hesabsız geri çəkilmə paradları özü özünü faş edir – bizim gerçək hərbi qüdrətimizdən daha güclü şəkildə. İstifadə etmək qətiyyəti yoxdursa, güç heç nə deməkdir.

Lakin hazırda küləyin yönü dəyişməyə başlayıb.

Seçkilərdə mühafizəkarlar qalib gəlir – Britaniya, Avstraliya, Kanada və İsraildə. Fransa prezidenti Olland Obamanın taleyin ixtiyarına buraxdığı səudiyyəlilərə və onların müttəfiqlərinə kömək vəd edir.

Norveç tam real şəkildə minlərlə cinayətkar müsəlmanı ölkədən çıxartdı ki, bu da zorakılıq və cinayətkarlığın “qəflətən” azalmasına gətirib çıxartdı.

Parisdə “Charlie Hebdo” dərgisinin redaksiyasındakı kütləvi qisasdan sonra gözləmə mövqeyi tutmuş Avropa siyasətçiləri vəhşi cihada qarşı vahid cəbhə yaratmağa cəhd etdilər. Obama bu hərəkata qoşulmağa qərar verib sehrli “Bizim düşmənimiz müsəlman cihadıdır” sözlərini tələffüz etsəydi, bu gün əsil vəhdətin şahidi olardıq. Lakin bizim ölüvayımız arxa cəbhədən liderlik edir. Yenə də və yenə də.

Seçicilərin seçkilərdə sağdan sola yerdəyişiminin niyəsini heç kim axıra kimi başa düşmür, lakin dövlətdən rifah gözləyən istehlakçıların sola keçəcəyi, qurucuların isə sağa yerdəyişimi edəcəyinə inamla güvənmək mümkündür. Dünya od tutub yananda seçicilər cəsarətli və sözünün üstündə duran mühafizəkar liderlərə üz tutur. Onlar nəsə yeni bir şeyi havayı əldə etməkdənsə əllərində olanı itirməkdən daha çox qorxurlar.

Dünya bu gün heç vaxt olmadığından daha çox barıt çəlləyinə dönüb. Obama Misirdə “Müsəlman qadaşlar”ın sırasından bir faşisti prezident postuna qoymağa cəhd etdi, lakin ölkənin siyasi elitası üsyan etdi və prezident idarəçilik sükanını özü və övladları üçün əzablı nüvə ölümünü arzulamayan müsəlmanların daha nüfuzlu və daha çox təəssürat buraxan təmsilçisi Əs-Sisiyə verdi.

(İstər inanın, istərsə də inanmayın, amma belə müsəlmanlar var və onlar milyonlarladır).

Obama İsraildə solların seçilməsi üçün öz agentlərini göndərdi, lakin durum həqiqi mənada təhlükəli olanda israillilər əsas istiqamətin ciddi mühafizəkarlarına səs verirlər. Elə amerikalılar kimi.

Dünya bu gün əsil liderin həsrətini çəkir.

Amerikanın prezidenti 60 il azad dünyanın lideri idi. Ona görə yox ki, bizim milli xudpəsəndliyimizi ovutsun – sivil ölkələrin hər şeydən daha üstün tutduğunu müdafiə etmək üçün.

Avropalılar tez-tez hay-küy salıb üstümüzə qışqırırlar, lakin onsuz da yaxşı bilirlər ki, onların güvənliyi, azadlığı və tərəqqisini kim qoruyub. Obama müttəfiqlərimizin ayağı altındakı xalçanı dartıb götürüb avropalıları seyr etmək istəmədikləri gerçəkliklə üz-üzə qoydu. Lakin onlara indi aydın oldu ki, nə qədər dişbatandırlar.

Lakin Obamanın prezidentliyinin son iki ili daha təhlükəli ola bilər.

Yaramazlar və cəmiyyətin tullantıları öz nailiyyətlərini möhkəmləndirməyə çalışırlar (məsələn, mollalar strateji vəziyyət tutan Yəməni ələ keçirtdilər). 2016-cı ildə yeni Ronald Reyqanı seçəcəyimiz halda onlar daha çox hakimiyyət və ərazi tutmağa cəhd edirlər. İranlılar Suriya, İraq və Yəməndə öz hakimiyyət və nüfuzlarını möhkəmləndirmk üçün bu gün əllərindən gələn hər şeyi edirlər. Onlar Obamanın istənilən halda yerinə yetirmək niyyətində olmadıqları səfeh “sülh sazişi”ni gözləmirlər. Düşmən zəiflik göstərəndə onlar əllərinə keçəni qamarlayırlar.

Onların təbiəti bu cürdür. Onların cihad doktrinası belədir.

Sünni ərəb rejimlərinin müxtəlif adlarla hərəkət edən öz cihad bandaları var.

Şiə İranı ilə sünni Səudiyyə Ərəbistanının başçılığı ilə gedən bölgəsəl müharibənin necə sürətlə genişləndiyini görərəkən damğa və etiketlər yanlış fikrə yuvarladar. Hindistandan tutmuş Aralıq dənizinə qədər bütün Yaxın Şərq od içndədir və daha sağlam düşünən ölkələr ondan mümkün qədər uzaq durmağa çalışır.

İranın öz əlaltıları ilə yarıq açmağa cəhd etdiyi Suriya, Livan və İsrail sərhədindəki əl-Kalamun dağlarında amansız döyüşlər gedir. Sünnilərin bütün əclaflığına baxmayaraq, İsrail sakitcə onlara kömək edir. Sünni bandaları üstünlük qazanmağa başlasa, İsrail digər tərəfi müdafiə edə bilər. Almanlar güclənərkən britaniyalılar fransızları müdaiə edərək yüz illər boyu belə bir siyasət həyata keçirtdilər və Fransa güclənərkən hər şeyi tərsinə etdilər. Bunu ondan ötrü edirdilər ki, heç bir ölkə bütün Avropanı tuta bilməsin.

Qarşıdakı 20 ayda təhlükənin güclənməsini gözləmək lazımdır, çünki Obamanın dönəmində vəziyyət daha ümidsiz olacaq. Dünya indi anlayır ki, Obamanın nüvə silahları məsələsində tərk-silah olması xalis kabuki teatrı idi (Kabuki – yapon teatr tamaşasıdır. İfaçılar mürəkkəb qrim və böyük simvolik tutumu olan əlbisələrdən istifadə edirlər-red.) Nüvə atı artıq öz burdağından açılıb, bizim bazar carçısı isə özünün tam gerçək məğlubiyyətini ört-basdır etmək üçün qondarma müsibətdən dad eləyir. Təəccüblü deyil ki, mollalar elə hey gülürlər.

Lakin mollalar tələsirlər, çünki Ronald Reyqanın 1980-ci ildə Cimmi Karter üzərindəki sarsıdıcı qələbəsi haqda pis xatirələri var. Reyqanı seçən kimi ayətullah Xomeyni girov Amerika diplomatlarını azad etdi. Reyqanın sövdələşməyə v
ə yaxud yalvarıb-yaxarmağa ehtiyacı qalmadı. Onun seçilməsindən sonra mollalar başa düşdülər ki, sonrası necə olacaq və dal-dalı getdilər. Bunlar kinli adamlardır, lakin heç də axmaq deyillər. Buna görə də Obama öz görkəmli ölüvaylıq strategiyasını izah etmək üçün ötən həftə Fars körfəzi ölkələrini Kəmp-Devidə görüşə dəvət edərkən Səudiyyə Ərəbistanının kralı dəvətdən imtina etdi. Eyni addımı Küveyt, hətta Qətər – Obamanın Yaxın Şərqdəki “ən yaxşı dost”larından biri atdı.

Baş nazir Abe II Dünya savaşından bəri ilk dəfə Yaponiyada ciddi şəkildə yenidən silahlanma gerçəkləşdirir. Putinin Krım və Ukraynaya müdaxiləsi fransız və almanları Avropanın müdafisəi haqda ciddi şəkildə düşünməyə vadar edir (nəhayət ki!). Eyni şeyi Finlandiya, Baltikyanı ölkələr, Norveç, İsveç və digər ölkələr edir.

Birləşmiş Ştatlar geri çəkilməyə başlayanda sülh yaranmır. Sadəcə, dalbadal partlayışlar baş verir.

Ceyms Lüis

“American Thinker” (ABŞ), 15.05.2015