XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 13:03

Amerika ağalığı sona çatır– Təhlil

ABŞ-Rusiya: geopolitik savaş

Hazırkı dünya geopolitikası çoxyönlüdür. Bu, artıq təkcə Birləşmiş Ştatlar deyil, həm də Rusiya və çin – XXI əsr geopolitikasında iki yeni oyunçudur.

Birləşmiş Ştatların dünyadakı nüfuzunu məhz Moskva və Pekin məhdudlaşdırır. Vaşinqton razılaşmaz və zidd gedə bilər, lakin ABŞ-ın dünyada yeganə superdövlət olduğu zəmanə keçmişə qovuşdu. Birləşmiş Ştatlar 1991-ci idə SSRİ dağılandan sonra qismətinə düşmüş dünya ağalığını itirdi. Frensis Fukuyamanın canlı boyalarla təsvir etdiyi “tarixin sonu” baş tutmadı. Hər bir imperiyada olduğu kimi, təhlükə içdən qaynaqlanır. ABŞ iqtisadiyyatı 2008-ci ildən bəri indiyə qədər dərin böran içindədir. Deyəsən, o, iflasa uğrayacaq.

Beləliklə, tam əminliklə demək olar ki, II Dünya Savaşından sonra biçimlənmiş və soyuq savaş dövründə hakim olmuş ikiqütblü dünya bütünlüklə dağıldı. Lakin gerçəklik belədir ki, hazırda dünya geopolitikası çoxyönlüdür.

ABŞ öz oxuna əlavə bir ox görməkdən imtina edir. Vaşinqton dünya səhnəsində Rusiya və çinin simasında yeni geopolitik oyunçuların meydana çıxmasına hər cür müqavimət göstərir. Lakin ABŞ və Qərbin Rusiya və onun lideri Vladimir Putini ikinci plana sıxışdırmaq üçün bütün cəhdləri uğursuz çıxdı. Ukrayna müharibəsi, Malayziya avialaynerinin qəzası, iqtisadi mühasirə, törədilmiş neft böhranı beləcə Rusiya və onun rəhbərini zəiflədə bilmədi. Əksinə, Putin bütün dünyaya nümayiş etdirdi ki, dünyanın yeni meydan oxumalarının öhdəsindən uğurla gələn effektli dövlət xadimidir.

Eyni zamanda, ABŞ-ın prezidenti, Nobel sülh mükafatı laureatı Barak Obama prezident seçkisi kampaniyasının gedişində bəyan etdiyi beynəlxalq problemlərdən heç birini həll edə bilmədi. Amerika qoşunlarının İraqdan çıxarılması, Huantanamo həbsxanasının bağlanması, miqrasiya islahatalrının keçirilməsi buna aiddir.

Həmçinin qeyd etmək lazımdır ki, Barak Obamanın dəstəyi 50%-dək endiyi halda, Rusiya prezidenti ölkə əhalisinin 85%-lik dəstəyinə malikdir. Amerika xüsusi xidmətlərinin (MTA, MKİ) və hərbi idarənin (Pentaqon) əməliyyatlarına baxmayaraq, Vaşinqton Putini zəiflədə bilmədi. Rusiya prezidenti xarici dövlətin nazı ilə yox, ancaq Rusiya xalqı istəsə, prezident postunu tərk edə bilər.

Hazırda Vaşinqtonun siyasətinə qarşı çıxan ölkələri təhdid etməklə ABŞ-ın dünyadakı müharibələrə necə dirijorluq etdiyini görürük. Ağ Ev öz maraqlarının müdafiəsi xatirinə çeşid-çeşid ittifaqlar yaradır. ABŞ-dan fərqli olaraq, Rusiya və çinin xaricdə hərbi bazaları yoxdur (Oxucunun da bildiyi kimi, müəllif burada niyəsə səhvə yol verir-red.). Vaşinqton müxtəlif cür şübhəli təkliflər altında dünyanın hər yerində öz hərbi iştirakının zəruriliyini kələkləyir.

Rusiya başqa siyasət yürüdür. Moskva ilə Yunanıstan arasında bu günlərdə əldə edilmiş razılaşma buna misal ola bilər. Və yaxud başqa bir misalı – BRHçG (Braziliya, Rusiya, Hindistan, çin, Güney Afrika Respublikası) çərçivəsində inkişaf bankının yaradılmasını götürək.

ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının varlılara yardım etməyə yönəldiyi bir vaxtda indiki möhtəkir, iri banklara dəstəyə əsaslanan qurumlara heç bir bənzərliyi olmayan bank sisteminə dünyanın möhtac olmasına şübhə yoxdur.

Əks-təqdirdə öz miqyaslarına görə əvvəlkiləri kölgədə qoyan yeni iqtisadi böhrana məhkum olardıq.

Rusiya və çinin Latın Amerikasında fəaliyyətinin güclənməsi ticari-iqtisadi əlaqələrin və yatırımın genişləndirilməsi ilə bağlıdır. Bu, Rusiya-Argentina münasibətlərinin inkişafı timsalında bəllidir.

ABŞ-ın əsas kreditoru olan çin Latın Amerikası ölkələrində həlledici mövqeləri tutmağa cəhd edir. Belə ki, çin şirkətləri Nikaraqua amerikalararası kanalın inşası üzrə planların inkişafında fəal şəkildə iştirak edir və iritonnajlı gəmilərlə dünya dəniz daşımalarının genişlənməsinə şərait yaradacaq layihəni maiyyələşdirməyə hazırdır. Son Amerika sammitinin göstərdiyi kimi, Latın Amerikası ölkələri daha ABŞ-ın “arxa həyəti” olmaq istəmir.

Hazırda yeni “soyuq müharibə”yə daxil olub-olmadığımz haqda çoxları sual verir. Əlbəttə, yox. Bunun üçün obyektiv şərait yoxdur. Biz daha çox ABŞ-ın keçmişə dönmək, antirusiya əhvalı yaratmaq cəhdlərinin şahidi oluruq. Lakin aşağıdakı səbəblərə görə bunu nə indi, nə də gələcəkdə etmək mümkündür:

1.Dünya inkişafının sosialist modeli simasında əvvəlki düşmən obrazı yoxdur.

2.Silahlanma yarışı yoxdur.

3.SSRİ ilə ABŞ arasında kosmosun mənimsənilməsi üzrə əvvəlki gərgin rəqabət yoxdur.

4.Müttəfiqlər uğrunda əvvəlki mübarizə mövcud deyil.

Hazırda Rusiya tərəfdən ABŞ-a qarşı geopolitik, çin tərəfdən isə iqtisadi planda gerçək təhlükə görürük (çinin üDM hazırda ABŞ-ın üDM-nu üstələyir).

Tamamilə aydındır ki, Barak Obama beynəlxalq arenada təkbətək savaşda Vladimir Putinə uduzur. Lakin güman etmək lazım deyil ki, imperiya yaxın vaxtlarda çökəcək.

Unutmaq olmaz ki, ölkələr arsında müharibəyə gətirib çıxartmış böyük intriqalar həmişə aldanışdan başlanıb…

Salvador Qonsales Brisenyo

“Rebelion” (İspaniya), 15.05.2015