XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2015 - 17:54

Tağı Əhmədova yeni vəzifə verildi

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri seçilib.

Bu haqda məlumatı Hafta.az saytı yayıb. Sayt bildirib ki, məlumatı dəqiqləşdirmək üçün Tağı Əhmədovun ailəsi ilə əlaqə saxlasalar da, onlar bunu nə təkzib, nə də təsdiq ediblər.

YAP rəhbərliyindən isə Hafta.az-a bildirilib ki, Tağı Əhmədov, təxminən, 20 gün əvvəl Yasamal rayon təşkilatının sədrinin əvəzləyicisi kimi təsdiqlənib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, keçmiş deputat, 81 yaşlı Fikrət İsmayılov bu il martın 31-də dünyasını dəyişib.

Tağı Əhmədov isə ötən ilin dekabrından YAP Yasamal rayon təşkilatında aparat rəhbəridir.