XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 19:25

Bu Agentliyin nizamnamə fondu artırıldı –Fərman

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanında dəyişiklik edilib.

Strateq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin nizamnamə fondu 954 008 (doqquz yüz əlli dörd min səkkiz) manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Qeyd edək ki, bundan əvvəl Agentliyin ilkin nizamnamə fondu 500 000 (beş yüz min) manatd idi.