Misir məhkəməsi seçki yoluyla hakimiyyətə gələn ilk Misir prezidenti Musri haqqında ölüm hökmü verdi. Musriylə bərabər dar ağacından əlavə 121 nəfər də asılacaq. ölümə layiq görülənlər arasında Dünya Müsəlman Alimləri Birliyinin sədri Yusif əl-Qaradavi və digər məşhur intellektuallar var.
Məhkəmənin aldığı bu qərara dünya liderlərindən gözlənilən sərt reaksiyalar hələ gəlməyib. Yalnız Türkiyə Prezidenti R. T. Ərdoğan qərarı kəskin tənqid edib
Strateq.az