XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 18:30

İndiyədək Azərbaycanda 1340 nəfər koronavirusa yoluxub- 528 nəfər sağalıb, 15 nəfər vəfat edib

Hazırkı dövrədək Azərbaycanda 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən

məlumata görə, həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.