XƏBƏR LENTİ

26 Fevral 2021
25 Fevral 2021

Digər Xəbərlər

21 Aprel 2020 - 18:55

Ərdoğan:“Ramazan bayramından sonra normal həyata dönəcəyik”

“Ramazan bayramından sonra Türkiyədə normal həyata dönməyi planlaşdırırıq”. 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) onlayn toplantısından sonra verdiyi açıqlamada deyib.

Ərdoğan Türkiyənin yeni növ koronavirusla (COVID-19) mübarizədə önəmli bir mərhələyə çatdığını, pandemiya ilə bağlı vəziyyətin ölkədə stabilləşdiyini bildirib.

Prezident deyib ki, sağlamlığa ciddi zərbə vuran koronavirus pandemiyası İkinci Dünya Müharibəsindən sonra iqtisadi baxımdan ən böyük böhran yaradıb: “Türkiyə olaraq biz də bütün dünyada olduğu kimi, bu pandemiya ilə davamlı mübarizədə aparırıq”/APA