Tərəfdarlarını həmişə “mütəvazi həyat” yaşadığına inandıran Fəthullah Gülənin mülkiyyəti barədə ilginc məlumat yayılıb. Türkiyənin “Sabah” qəzeti nurçu liderin ABŞ-ın Pensilvaniya şəhərində yerləşən sarayının şəklini dərc edərək, heyrətdoğurucu iddia irəli sürüb. Sən demə, onun bir çox dövlət rəhbərlərinin iqamətgahından böyük olan sarayının günlük xərci 100 min ABŞ dollar imiş.
Qəzetin iddiasına görə, malikanədə yalnız Fəthullah əfəndi yox, nurçu hərəkatının bir sıra öndə gələnləri yaşayır. 500 sot ərazisi olan bu malikanələr kompleksində 20 fərqli villa var. Villalardan 10-u kompleksin içində, qalanları isə xaricində tikilib. Malikanədə 500 maşının dayana bildiyi avtopark fəaliyyətdədir. Hesablamalara görə, kompleksdə, ən azı, 100 xidmətçi qulluq göstərir. Hər gün ora 1000-dən artıq qonaq gəlir. Qonaqları aparıb gətirmək üçün bir limuzin şirkətiylə müqavilə imzalanıb. Hər işçi üçün saatına 25-30 dollar məvacib verilir.
Strateq.az