XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 14:53

İran ABŞ-ı saya almadı

Amerikanın bütün hədələrinə və Səudiyyə Ərəbistanının yaratdığı əngəllərə baxmayaraq Yəmənə gedən İran gəmisinin Ədən körfəzinə çatdığı bildirilir. İranın rəsmi xəbər agentliyinin bildirdiyinə görə, yardım ləvazimatı daşıyan gəmi bir neçə gündən sonra mənzilinə-Hüdeydə limanına lövbər atacaq.

Xatırladaq ki, ABŞ İranın Yəmənə birbaşa yardım aparmasını istəməmiş və Cibutidə yerləşən BMT hümanitar yardım təşkilatı çərçivəsində hərəkət etməsinin vacibliyini dilə gətirmişdi. İran isə bu tələbi qəbul etməmiş, körfəzdəki 34-cü hərbi donanmasının nəzarəti altında Yəmənə birbaşa yardım aparacağını və gəminin içindəkiləri yoxlamağa izn verməyəcəyini bəyanlamışdı.

Ədən körfəzinə daxil olan İran gəmisi rəsmi Tehranın öz mövqeyində nə qədər qətiyyətli olduğundan xəbər verir. Belə görünür ki, yaxın vaxtlarda Ədən körfəzində sular bir xeyli istiləşəcək.

Strateq.az