XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 15:32

Daha bir iş adamı həbs edildi

Daha bir iş adamı həbs edildi

Kredit borclarını qaytamadığı üçün daha bir iş adamı həbs edilib.

“Azadlıq” qəzetinin yaydığı məlumata görə, “Şəki İpək Aqro” MMC-nin icraçı direktoru Cavid Muxtarov da saxlanılıb.
Məlumatda bildirilir ki, o, artıq 4 gündür DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır.
Xatırladaq ki, ötən həftədən Azərbaycanda “Beynəlxalq Bank”a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.