XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 09:05

Azərbaycan Hindistanla film çəkir: Baş rolu Mohanlal oynayacaq- Fotolar

mohanlal01.jpgrasimamaliya.jpg

Bollivudun tanınmış rejissoru Priyadarşan Azərbaycanda film çəkəcək.

AzNews.az xəbər verir ki, bu, Azərbaycanla Hindistan arasında gerçəkləşəcək ilk kinolayihədir. Triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu hind aktyor mohanlal Vişvanatan Nair oynayacaq. Ekran işində həmçinin Aparna Nair və Sabu Siril çəkiləcək.

Hindistan tərəfindən 20-ə yaxın kino işçisinin cəlb olunduğu filmdə həm də azərbaycanlı aktyorlar – xalq artistləri Amaliya Pənahova, Həmidə ömərova, Rasim Balayev və əməkdar artist Füzuli Hüseynov rol alacaq. çəkilişlər paytaxt Bakıda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində aparılacaq.

Bu təşəbbüsün əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, tarixi və mədəniyyəti ilə bağlı geniş məlumatlar yaymaqdır. Sözügedən layihə Hindistan və Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə, gələcəkdə kino və incəsənət sahəsindəmüxtəlif təşəbbüslərin reallaşdırılmasına zəmin yaradacaq, təcrübə mübadiləsi üçün imkanlar açacaq.

Məlumat üçün bildirək ki, Priyadarşan Bollivud tarixində 2-ci ən çox filjm çəkən rejissordur. “Kanchivaram” filminə görə Hindistan prezidenti tərəfindən iki dəfə ölkəönin milli mükafatına layiq görülüb. 89 filmin müəllifidir. 168-dən çox reklam çarxı çəkib.