XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 12:27

Kəmaləddin Heydərovun qonağının kimliyi bilindi –Özəl

kamal ereb esas.jpg

Bu gün yerli KİV-də Dubay şahzadəsi Məhəmməd bin Rəşid Qadirin yenidən Azərbaycana gəlməsi barədə məlumat yayılıb.

Strateq.az bununla bağlı qısa araşdırma aparıb. Məlum olub ki, yayılan bu xəbərlərdə yanlışlıq var. Belə ki, Azərbaycana səfər edən və şahzadə kimi təqdim olunan Məhəmməd bin Rəşid Qadir, əslində, şahzadə deyil. O, Dubay Əmirliyinin Mühafizə Xidmətinin rəhbəridir. Həmçinin əmir Məhəmməd bin Rəşid əl Məktumun xarici səfərlərində də mühafizəyə özü başçılıq edir.

arab kamal02.jpg

Xatırladaq ki, Məhəmməd bin Rəşid Qadir bir müddət əvvəl Azərbaycanda səfərdə olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid və əmir Məhəmməd bin Rəşid əl-Məktumu müşaiyət etmişdi. Bu dəfə isə o, əmir və digər dostarı olmadan Qəbələdə istirahətə gəlib. Məhəmməd bin Rəşid Qadirin digər dostları isə uzaq Asiya ölkələrindən birində istirahət etməyi üstün tutublar.

arab kamal03.jpg

Qeyd edək ki, Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadirin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla çox yaxın dostluq əlaqələri var. O, nazirin oğlu Nicatın bu il fevralın 28-də keçirilən toy məclisində də iştirak edib.

Dubayda tez-tez keçirilən atçılıqla bağlı yarışların təşkilatçısı kimi tanınan Məhəmməd bin Rəşid Qadir ovçuluqda da çox mahir şəxs sayılır. Keçən ay o və dostları birgə Cənubi Afrika Respublikasında ovda olublar.

Strateq.az