XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 08:55

Con Kerri Səudiyyə Krallığına gəlib

kerri-1

ABŞ-ın dövlət katibiCon Kerri Səudiyyə Ərəbistanında səfərdədir.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, dövlət katibi  Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbduləziz Al Səud və digər yüksək rütbəli şəxslərlə görüşəcək.

Ehtimal olunur ki, danışıqlarda Suriya və Yəməndəki vəziyyət müzakirə ediləcək. Həmçinin Səudiyyə Ərəbistanı-İran münasibətlərinə toxunulacaq.  

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında “Şimal ildırımı” adlı beynəlxalq hərbi təlimlər başa çatıb. Bu münasibətlə Bəhreyn və İordaniya kralları, Qətər əmiri və Pakistanın baş nazirinin iştirakı ilə parad və aviaşou keçirilib.