XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2015 - 05:01

Spekulyanta çevrilən oliqarxlar və sonun başlanğıcı –Təhlil

Oliqarx.jpg

Beynəlxalq Bankdan götürdükləri kreditləri qaytarmayan iş adamlarının həbsi və vəsaitlərin geri qaytarılması ilə bağlı görülən tədbirlər cəmiyyət üçün sensasiya olsa da, ictimai-siyasi prosesləri, iqtisadiyyatda baş verənləri diqqətlə izləyənlər üçün gözlənilən idi.

Netin qiymətinin düşməsi və bunun nəticəsində milli valyutanın devalvasiyasının yaratdığı yeni iqtisadi reallığa uyuğun olaraq hakimiyyət və hökumət tərəfindən tədbirlər kompleksinin həyata keçirilməsi zəruri idi. İlk olaraq qiymətlərin süni artımının qarşısının alınması, spekulyasiyalara imkan verilməməsi üçün təxirəsalınmaz addımlar atıldı. Daha çox inzibati tədbirlərə üstünlük verildi və spekulyasiyalara qarşı sərt davranış sərgiləndi. Mövcud reallıqlar müstəvisində ən qısa zamanda nəticə əldə etmək üçün hökumətin, sadəcə, başqa çıxış yolu qalmamışdı. Bir çox proqnozların əksinə olaraq, vəziyyəti sabitləşdirmək mümkün oldu.

Spekulyanta çevrilən oliqarxlar

Bu proses zamanı sırf öz mənfəətini düşünən oliqarx və monopolistlər müxtəlif sferalarda imtiyazlarını saxlamaq və fürsətdən faydalanaraq daha çox qazanmaq üçün cəmiyyətdə tarazlığı saxlamağa yönəlik təşəbbüsləri boykot etməyə çalışdılar. Manatın dollara nisbətdə ucuzlaşması fonunda 10 gün belə, mənfəətlərinin azalmasına dözə bilməyənlər “oliqarxiyanın öz imtiyaz və güzəştlərini qorumaqda kompomisə getmək istəməməsi” prinsipinin təzahürünün bariz nümunəsi oldu. Lakin qısa müddətdən sonra bu müqavimətə son qoyuldu və hamının öz yerini tanıması üçün tədbirlər görüldü. Bu proses zamanı oliqarx və monopolistlərin davranışı haqlı sullar yaratdı:

Hökumətin müvafiq addımlarını, siqnallarını gözləməyən, bir həftə, 10 gün belə, ümumi mənafe naminə sırf öz mənfəətlərindən azacıq da olsa imtina etməyən oliqarx və monopolistlər daha kritik situasiyalarda hansı addımları atacaqlar?

Oliqarx və monopolistlər üçün öz mənfəətləri dövlət maraqlarından vacib amilə çevrilir və onlar ümumi fayda üçün azacıq da olsa belə, məsuliyyəti bölüşməyə meyilli deyillər. Baxmayaraq ki, sözdə siyasi hakimiyyətin bütün təşəbbüslərini dəstəkləyir və onun müdafiəçisi kimi çıxış edirlər. Həmçinin, loyallıqlarını saxlayır və hakimiyyətin iradəsindən kənar siyasi proseslərə müdaxilə etmirlər. Lakin məlum olduğu kimi, kritik situasiyalarda bu azdır və loyallıq yox, məsuliyyəti bölüşmək tələb olunur. Krtik situasiyalarada özünü spekulyant kimi aparan oliqarxlar və monopolistlər, böyük biznes sahibləri hakimiyyət üçün etibarlı tərəfdaş ola bilərlərmi?

Cəmiyyət gilyotin tələb edir

Bütün bunlardan sonra krtik situasiyalarada özünü spekulyant kimi aparan oliqarxlar və monopolistlər, böyük biznes sahiblərinin fəaliyyətinin və davaranışlarının təftiş ediləcəyi gözlənilən idi. Artıq bu, bir sosial sifarişə çevrilib və cəmiyyət tərəfindən proses diqqətlə izlənilir. Cəmiyyət üçün onların bu vəsaitləri necə alması maraqlı deyil, cəmiyyət üçün onların asanlıqla aldığı milyonları niyə qaytarmamaq istəmədiyi maraqlıdır. Sadə insanlar neft gəlirlərinin yüksək olduğu vaxt dövlət vəsaitlərindən bəhrələnənlərin indiki vəziyyətdə niyə kənarda durmaq istədiklərini başa düşə bilmir. Bu və ya digər vasitələrlə dövlət vəsaitləri hesabına külli miqdarda kredit alanların niyə maliyyə vəziyyəti bir az pisləşən kimi, elə bu dövlətin maraqlarını düşünmək istəmədiklərini soruşur. Məhz buna görə, cəmiyyət daha sərt, represiv yanaşmanın tərəfdarıdır, məhz buna görə cəmiyyət gilyotin tələb edir. Lakin hakimiyyət üçün hazırda əsas prioritet oliqarxalara öz gücünü nümayiş etdirməklə yanaşı, eyni zamanda bu vəsaitlərin ən qısa zamanda geri qaytarılmasının təmin edilməsidir.

Oliqarxiyanın qürubu başlayıb

20 apreldə Strateq.az-da dərc olunan Azərbaycanda oliqarxiyanın demontajı necə baş verəcək? – Analiztəhlilimizdə oliqarxyanın demonatjının və milli burjaziyanın önə çıxdığı sistemə keçidin başladığını yazmışdıq. Qeyd etmişdik ki, oliqarxiyanın bu və ya digər formasının yarandığı ölkələr üçün tarixi inkişafın müəyyən mərhələsində oliqarxiyanın dominatlığından milli burjuaziyanın önə çıxıdğı sistemə keçid əsas vəzifə kimi qarşıda durur. Ukraynanın təcrübəsi, ölkədəki inqilablar praktikası göstərdi ki, bu keçidi təmin etmək güman edildiyi qədər asan və sadə deyil, cəmiyyətin istəyi də hər şeyi həll etmir: ölkə üçün böyük sarsıntılar yaratmadan bu keçidin təmin olunması üçün mütləq və mütləq obyektiv amillər olmalıdır. Bu amillərin yaratdığı imkanlardan maksimum ehtiyatla faydalanmağı bacaran siyasi iradənin və bu iradənin daşıyıcısı sayılan institutun olması çox vacibdir. Eyni zamanda, oliqarxiyanın müqavimət imkanlarının məhdudlaşdırılması üçün tədbirlər görülməli, cəmiyyət buna hazırlanmalıdir.

Hazırda biz cəmiyyətin buna hazırlanması prosesində ilkin addımların atılmasının şahidiyik. Cəmiyyətdən gələn siqnallar isə deməyə əsas verir ki, siyasi iradənin addımları başa düşülür və dəstəklənir. Manatın ucuzlaşması fonunda baş verənlər göstərdi ki, cəmiyyət üçün siyasi iradənin qarant olduğu sabitlik, ölkənin ətrafda baş verən böyük sarsıntılardan kənar saxlanılması, mərhələli dəyişikliklərin baş verməsi hər şeydən öncə gəlir. Cəmiyyət siyasi iradəni düzgün hesab etdiyi formada və zaman çərçivəsində oliqarxiyanın demontajına yönəlik addımlarını da dəstəkləməyə hazırdır.

Zaur İbrahimli

Strateq.az