Dəhşətli yanğından bir uşaq ölümü xəbəri gəldi – Yanğına vertolyot cəlb olundu

Binəqədi rayonu Azadlıq prospektində – Rayon İcra Hakimiyyətinin yaxınlığında 16 mərtəbəli yaşayış binasındakı güclü yanğından bir uşağın da ölüm xəbəri gəldi.
Strateq.az-ın əməkdaşı xəbər verir ki, əraziyə vertolyot cəlb olunub. Havadan yanğına müdaxilə başlayıb. Yanğının söndürülməsi isə hələ də mümkün olmayıb. Xeyli yaralının olduğu da bildirilir.