XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 08:48

“Bahalı xidməti maşınlarda gəzməklə deyil ki, utanım yerinizə…” – Ekspert

Yanan bina ilə bağlı hərbi sahə üzrə ekspert üzeyir Cəfərov da öz fikirlərini bölüşüb.

Strateq.az onun “Facebook”dakı statusunu təqdim edir:

“Dəyərli dostlar, hörmətli həmkarlar!

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binada baş verən misli görünməmiş yanğından sonra mən bir daha əmin oldum ki, Bakı şəhərinin icra strukturları, xüsusən də FHN-nin müvafiq qurumları heç nəyə hazır deyillər. Yanğının masştabını dərhal müəyyən etməli səlahiyyətlilər yalnız üstündən xeyli keçəndən, demək olar ki, hardasa 1 saata yaxın vaxt ötəndən sonra köməyə 2 yanğınsöndürən vertolyot çağırdılar. Utanım Sizin yerinizə, lampaslı əmilər. Bu yanğından sonra bir çoxları sadəcə ərizələrini yazıb, FHN sistemindən uzaqlaşsalar, çox yaxşı olar. Bahalı-bahalı xidməti maşınlarda gəzməklə deyil ki. Bir qədər vəziyyətə və məqama uyğun da düşünüb, qərar verməyi bacarmaq lazımdır.

Sonda, onu qeyd etmək istəyirəm ki, bəlkə də düşmənlərimizin paytaxtımız Bakı şəhərinə qarşı törətmək istədiyi bu vandalizmi – binaların üzlüyünə tez alışan və zəhərli maddələr buraxan materailları çəkməyə icazə verən şəxsləri və vəzifəliləri tez bir zamanda aşkarlamaq və dərhal həbs etmək lazımdır. Tam məsuliyyətimlə deyirəm ki, Bakımızı dəhşətli faciələr gözləyir. Əgər əvvəllər hansısa səbəbdən yanğın olurdusa, onu söndürmək mümkün olurdu. İndi isə bir nəfərin, yaxud məsuliyyətsiz qurumun səhvi ucbatından bütöv bir bina saniyələr və dəqiqələr içərisində alova qərq olur. ölkə rəhbərliyinin təcili tədbirlər görməsi lazımdır. Mən istəməzdim ki, artıq üçüncü dəfə baş verən və miqyasına görə maddi itkilərlə müşayət olunan ikinci yanğından sonra biz Tanrının qəzəbinə gələk və insan itkiləri ilə üzləşək. Amma mən çox narahatam ki, əgər bu gün baş verən hadisədən də nəticə çıxarılmasa, bizi yaxın vaxtlarda daha dəhşətli faciələr gözləyir.

Allah Azərbaycanımızı və Bakımızı qorusun!!”.