XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 İyun 2020 - 18:21

Qərargah:"Bu günə qədər 8719 nəfər koronavirusdan sağalıb, 193 nəfər isə vəfat edib"

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Strateq.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə ümumilikdə 15890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 8 719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib. 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.