XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 09:55

İcra başçısı xalq artistinin oğlunu dəlixanaya saldırdı, xalq artisti “üsyan”a qalxdı – Şok olay
Respublikanın Xalq artisti Məzahir Süleymanov icra başçısından şok şikayət yazıb.
Strateq.az Moderator.az-a istinadən xəbər verir ki, xalq artisti aşağıdakı xəbərin təcili olaraq ictimailəşdirilməsini xahiş edib:
“Bu gün mənim oğlum, Sumqayıt Dövlət Dram Teatrınin işçisi Süleymanov Anarı polis işçiləri zorla maşına otuzdurub Maştağa qəsəbəsindəki Ruhi Əsəb Xəstəxanasına aparıblar. Sumqayıt Şəhər Prokurorluğu, İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi (Hərbi Komissarlıq) əlbir olaraq bu iyrənc hərəkəti ediblər. Onlar bu yolla Anarı apardığı ədalətli mübarizədən çəkindirmək istəyirlər. Artıq onların bu qanunsuz hərəkətləri barədə Cənab Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya təcili teleqram göndərilib. Bu qanunsuzluğu törədən vəzifəli şəxslər qanun çərçivəsində cavab verməli olacaqlar”.
Strateq.az