XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2016 - 11:43

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi- Bayrama görə

qatar

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bayram günləri ilə əlaqədar növbəli iş sisteminə keçib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

N.Əzməmmədov bildirib ki, bayram ərəfəsində dəmir yolunda sərnişin sıxlığını aradan qaldırmaq üçün qurum rəhbərliyi xüsusi tədbirlər planı təsdiqləyib: "Plana əsasən martın 18-i və 19-da dəmir yolu stansiyaları, körpülər, sərhəd-keçid məntəqələri və qatarlarda sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək üçün mühafizə sistemi gücləndiriləcək. Bununla yanaşı, həmin günlərdə sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq. Bu vaqonlara bilet satışı həmin günlər həyata keçiriləcək".

N.Əzməmmədov bildirib ki, əlavə vaqonlar əsasən ölkənin Qərb istiqaməti üzrə hərəkət edən qaratlara qoşulacaq: "Səbəb bayram günlərində həmin istiqamət üzrə hərəkət edən qatarlarda daha çox sərnişin sıxlığının yaranmasıdır".