XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

19 May 2015 - 17:03

Vurğun Əyyubun Müsavatdan çıxarılma qərarı ləğv edildi – FOTO

Vurğun Əyyubun Müsavatdan çıxarılma qərarı ləğv edildi -  şok gəlişmə - FOTOFAKT

Bu gün Müsavat Partiyası Binəqədi rayon təşkilatının iclası keçirilib. Əsas müzakirə olunan məsələ iki həftə öncə təşkilatın özəyinin qərarı ilə partiyadan çıxarılan Vurğun Əyyubla bağlı olub.

Şura qərara gəlib ki, verilən əvvəlki qərar qanunsuz olub. özəyin protokolu ləğv edilib, seçki orqanları buraxılıb. özək sədri Sabit Hacıyevə töhmət verilib. Həmçini o, özək sədrliyindən azad olunub.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə Şura üzvü Şamil Beydulla status paylaşıb.
Məsələ ilə bağlı Müsavat rəhbərliyinin münasibətini soruşan müxbirimizə deyilib ki, bu məsələ araşdırılır.
Müsavat başqanının müavini Elman Fəttah isə musavat.com-a deyib ki, bu məlumata şübhə ilə yanaşır: “10 nəfər şura üzvü ilə danışmışam. Heç biri iclasda iştirak etməyib. Rayon təşkilat sədrinin də məlumatı yoxdur”.