XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2020 - 21:22

Türkiyədə koronavirusdan bu gün daha 16 nəfər ölüb- Rəsmi

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından son 24 saatda 17 nəfər ölüb. Bununla da COVID-19-dan ölü sayı 5596 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, gün ərzində 43 312 şübhəli koronavirus testindən keçib, onlardan 921-nin cavabı pozitiv çıxıb, bu gün daha 1103 xəstə sağalıb.

Türkiyədə indiyədək 225 173 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 208 477 nəfər müalicə olunaraq evə buraxılıb.