XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 06:29

Hacıbala Abutalıbov sakinlərlə görüşdə: – “Şikayət edib tutdurursan, xeyri var?”
“Mənim qardaşım nəvəsi bu yaxınlarda avtomobil qəzası keçirərək ölüb”.
Strateq.az “A24.az”a istinadən xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dünən yanan binanın sakinləri ilə görüşü zamanı bildirib: “Bu hadisə bizim ailəmiz üçün gözlənilməz oldu. Qardaşım nəvəsi avtomobil idarə edərkən qarşıdan gələn avtomobillə toqquşub. Günahkar qarşıdan gələn avtomobilin sürücüsü olmasına baxmayaraq, mən və qardaşım bununla bağlı heç yerə şikayət etmədik. çünki öləni qaytarmaq heç cür mümkün deyil. Bu faktdır. Şikayət edib tutdurursan, xeyri var? Əsas budur ki, ölməsin. Amma öləndən sonra heç kəs onu qaytara bilmir”.
H.Abutalıbov vurğulayıb ki, dünən yanan binada itki olması hər kəs kimi onu da ağrıdır: “Mən ömrüm boyu bu ağrını çəkəcəm. ölənlər mənim balalarım, bacılarım, qardaşlarımdır”.
Xatırladaq ki, dünən Bakıda Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada yanğın olub. Nəticədə 15 nəfər dünyasın dəyişib, 60-dan çox yaralı var.
Strateq.az