XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 15:45

“Münasibətləri inkişaf etdirməliyik” –Azərbaycan üzrə məruzəçidən açıqlama

Norika

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi, rumıniyalı deputat, xanım Norika Nikolae Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ilə 148 nəfərin həbsdən azad olunmasını sevinclə qarşılayıb.  

 
APA-nın Avropa bürosunun xəbərinə görə, N. Nikolae AP-də üzvü olduğu Avropa naminə Liberal Demokratların Alyansı (ALDE) qrupu adından yaydığı bəyanatda bu addımı Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin  müsbət istiqamətdə inkişafı kimi dəyərləndirib:

“Azad edilmiş insanların 13-ü siyasi məhbus hesab olunurdu. Bununla belə, jurnalist Xədicə İsmayılova, insan hüquqları üzrə vəkil İntiqam Əliyev və müxalif siyasətçi İlqar Məmmədov hələ də həbsdə qalmaqdadır. Azərbaycandakı vəziyyətin müsbət istiqamətdə inkişaf etməsinə çox şadam. Uzun sürən mürəkkəb münasibətlərdən sonra biz görürük ki, Azərbaycan insan hüquqlarının qorunmasına xidmət edən qətiyyətli addım atır. Azərbaycan prezidentinin əfv sərəncamı ilə Taleh Xasməmmədov, Rəsul Cəfərov, müxalif siyasətçi Nemət Pənahlı, NİDA təşkilatının üzvləri Rəşad Həsənov, Rəşadət Axundov, Məmməd Əzizov, Ömər Məmmədov, Avropa Şurasının Vatslav Havel mükafatının qalibi Anar Məmmədli, Müsavat Partiyasının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqov, Sirac Kərimov, eləcə də jurnalistlər Pərviz Həşimov və Hilal Məmmədov artıq azadlıqdadırlar. Ümid edirəm ki, bundan sonra digər məhbuslar da azadlığa buraxılacaq. Bu, çox əhəmiyyətli və görünməmiş bir mərhələ oldu. Avropa İttifaqı və Avropa Parlamenti bu addımı nəzərə almalıdır və Azərbaycan Respublikası ilə əməkdaşlığımızın yaxşılaşdırılması üçün bu əlverişli məqamdan daha yaxşı istifadə etməlidirlər. Bizim ALDE qrupumuz Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istiqamətində çox işlər görüb və yuxarıda qeyd olunmuş adlar bizim ölkə üzrə qəbul etdiyimiz əvvəlki hesabatlarımızda əks olunmuşdu. Bu gün biz apardığımız işlərin bəhrəsini görməkdəyik”.

Strateq.az