XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 05:31

NATO Türkiyəyə xüsusi önəm verir –Təhlil

Alyans kollektiv müdafiəni gücləndirir

Ukraynanın işlərinə Rusiyanın hərbi müdaxiləsi və nüvə silahı tətbiq etmək hədəsi fonunda NATO Yunanıstan və Baltikyanı ölkələrlə birlikdə kollektiv müdafiəni gücləndirir. Tərəflər mayın 14-də Türkiyədə başa çatmış sammitin gedişində konkret tədbirləri müzakirə ediblər. Bununla yanaşı, NATO Yaponiyanın baş naziri Sindzo Abenin “fəal pasifizm” siyasətini diqqətdən qoymur. Alyans Yaponiyanın maliyyə iştirakına, həmçinin gələcəkdə onun müdafiə gücünə arxalana biləcəyinə ümid edir.

Yunanıstanda sürətli reaksiya qüvvələri

Yunanıstan geopolitik baxımdan önəmli mövqe tutur. NATO təmsilçiləri xarici işlər nazirlərinin sammitindən əvvəl mayın 4-də məlumat verdilər ki, Yunanıstan 5 min nəfər heyətdən ibarət sürətli reaksiya qüvvəsini qəbul etməyə razılıq verib. Yunanıstan Aralıq dənizinin quzeyinə, Quzey Afrikaya və Yaxın Şərqə baxır. Yunanıstanda hərbi baza qurulmasının mahiyyəti bundan ibarətdir ki, Aralıq dənizi və Yaxın Şərqdə öz təsirini genişləndirən Rusiyaya təzyiq edilsin. Hazırda Aralıq dənizində mayın 21-də başa çatası Rusiya-çin hərbi təlimləri keçirilir. Britaniya HHQ və başqa informasiya agentliklərinin məlumatına görə, çinin iki və Rusiyanın altı hərbi gəmisi dənizdə raket buraxmaq məşqi keçirdir.

Bəşər Əsədi dəstəkləyən Rusiyanın Suriyada Aralıq dənizinə çıxışı olan hərbi bazası var. Rusiya fevralda Kiprlə müqavilə bağlayıb və müqaviləyə görə Rusiyanın hərbi gəmiləri ada dövlətinin limanlarına daxil olmaq imkanı əldə edib.

Rusiyanın silahlı qüvvələri təkcə Aralıq dənizində və Yaxın Şərqdə fəallaşmayıb. Bu ilin martında Quzey Buzlu okeanda hərbi təlimlər keçirilib. Keçən ilin payızında İsveç və Finlandiya sahilləri yaxınlığında Rusiyanın olduğu ehtimal edilən naməlum sualtı qayıq qeydə alınıb. NATO-nun 13 may açıqlamasına görə, Rusiya Ukraynanın şərqinə silah tədarükünü davam etdirir və rusiyayönlü yığma qoşunu dəstəkləyir. Rusiya-Ukrayna sərhədinə Rusiya qoşunları yığılıb. NATO-nun baş katibi Yens Stoltenberq bu qüvvələrin tam döyüş hazırlığı vəziyyətində olduğunu bildirib Rusiyanı kəskin şəkildə tənqid etdi.

Mayın 15-də Baltikyanında quru qoşunlarının 13 min əsgərin qatıldığı təlim başa çatıb. Mayın 4-də Norveç yaxınlığında İsveçin iştirakı ilə sualtı qayıqlarla mübarizə üzrə hərbi-dəniz təlimləri başlandı. Bundan başqa, NATO mülki şəxslər və nişansız əsgələri cəlb etməklə Rusiyanın Ukraynada apardığı hibrid və informasiya müharibəsinə qarşı mübarizə haqda Avropa Birliyi ilə razılığa gəlib.

NATO-nun Baş katibinin sözlərinə görə, razılaşmanın məğzi sürətli reaksiya qüvvələrinin yaradılması olacaq.

Nüvə təhlükəsi əndişələri

NATO-nu ən çox əndişələndirən odur ki, Rusiya dünya ölkələrini nüvə potensialı ilə təhdid edir. Prezident Putin bu ilin martında bildirdi ki, Krımın lhaqının gedişatında nüvə silahı döyüş hazırlığına gətirilmişdi. Rusiyanın yüksəkrütbəli hərbçiləri bundan sonra bəyan etdilər ki, Kalininqradda nüvə döyüş başlıqlı yaxınmənzilli raketlər, Krımda isə strateji bombardmançı təyyarələr yerləşdiriləcək. Nüvə gücünün nümayiş etdirilməsi asanlıqla izah olunur: Rusiya adi silahlarda geridə qalır. NATO-ya qarşı durmaq üçün nüvə silahına güvənməsi lazımdır. Beynlxalq münasibətlər İnstitutunun təmsilçisi Egmontun (Belçika) fikrincə, Rusiyanın nüvə silahına özəl önəm verməyə başlaması, həqiqətən də, təhlükəlidir. O, ehtimal edir ki, söhbət yalnız adi silahların artırılmasından getsəydi, vəziyyət siyasi toqquşmalarla məhdudlaşardı. Avropada iki yüzə yaxın, Rusiyada isə iki mindən çox yaxınmənzilli raket yerləşdirilib.

Mayın 13-də xarici işlər nazirləri sammitinin gedişində tərəflər növbəti dəfə bundan çəkindiklərini ifadə etdilər. NATO qoşunlarının Avropa komandanı general Filip Bridlav bildirdi ki, NATO öz fəaliyyət proqramını yenidən nəzərdən keçirəcək.

Yaponiyaya ümidlər: “pul, adam, silah”

Bütün dünyanı təhdid edən təkcə Rusiya deyil. İŞİD Suriya və İraqda öz təsirini genişləndirir. Liviya və Əfqanıstanda hərbi birləşmələr fəaliyyətdədir. NATO xarici işlər nazirlərinin sammitini ona görə Tükiyədə keçirtdi ki, Türkiyə ilə qonşu bölgələrdən qaynaqlanan “güney təhlükəsi”nə qarşı çıxmaq qətiyyətini vurğulasın. NATO-dakı qaynaq bildirdi ki, sürətli reaksiya qüvvələrini terrorçulara qarşı da istifadə etmək olar. Beləliklə, dünyadakı müxtəlif təhlükələrə qarşı durmaq üçün dost ölkələrlə sıx əməkdaşlıq vacibdir. Burada Türkiyəyə mühüm rol ayrılır.

Bu sammitin gedişində həmçinin Əfqanıstanda yerləşmiş asayişi qoruyan qüvvələrə maliyyə yardımı məsələsi də müzakirə olundu. Yaponiya və Koreyaya təklif edildi ki, hərbçilərini NATO-nun tədris korpusuna göndərsin. Bu, Yaponiyanı maliyyə yardımına təhrik üçün edildi.

NATO bu dəfə Yaponiyanın roluna özəl dəyər verdiyindən xarici işlər naziri Fumio Kisida sammitə dəvət edilmişdi, lakin o, sıx qrafikə görə gələ bilmədi. NATO-nun yüksəkrütbəli məmurlarından biri bildirdi ki, tərəfdaşlarla sıx əməkdaşlıq dünyada sabitlik və təhlükəsizliyi qorumağa imkan verir.

Əfqanıstanda tez-tez teraktlar baş verir, buna görə də NATO qoşunlarının bölgədən çıxardılması sual altındadır.

Bundan başqa, ordu və polis də daxil olmaqla Əfqanıstanda 350 min nəfərlik asayiş keşikçisinin saxlanması dünya ictimaiyyətinin çiynində ağır yükdür. 2018-ci ildən sonrakı büdcə bu günədək təsdiq olunmayıb. Mayın 13-də tərəflər Yaponiya tərəfdən üç il müddətinə mümkün maliyyələşdirmənin müzakirəsinə başladılar.

Yaponiyanın baş naziri Sindzo Abe keçən ilin mayında NATO-nun mənzil-qərargahında çıxış etdi. O, “fəal pasifizm”ə çağırdı və dəniz quldurluğuna qarşı Alyansla əməkdaşlıq etmək niyyətini təsdiqlədi. özünü müdafiə qüvvələri və NATO sentyabrda Somali yaxınlığında Ədən körfəzində hərbi dəniz təlimi keçirtdi.

NATO Yaponiyanın təhlükəsizlik sistemi ilə bağlı qanunvericilik təşəbbüslərini diqqətlə izləyir. Alyans ümid edir ki, Yaponiya təkcə adam deyil, həm də pul və silah verəcək.

Yaponiya hökumətindəki qaynağın sözlərinə görə, Yaponiya artıq ən yaxın zamanda Alyansa maddi təchizat baxımından yardım edəcək.

Yosihiko Sayto

“Mainichi” (Yaponiya), 20.05.2015