XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 09:40

BMT-nin hesabatından: “Azərbaycan ikiqat şoka məruz qalıb” – Təhlil

Rusiyanın iqtisadi durumu qonşulara mənfi təsir edir

Aprel ayında Rusiyada sənaye istehsalı 4,5% azalıb. Rusiya iqtisadiyyatı 2015-ci ildə 3% zəifləyəcək və 2016-cı ildə cəmi 0,1% inkişaf edəcək.

Bununla yanaşı, cari ildə dünya iqtisadiyyatının inkişafı 3,1%, növbəti ildə 2,8% təşkil edəcək.

Rusiyanın BRHçG üzrə tərəfdaşlarının – Hindistan və çinin iqtisadi inkişafı davam edəcək. Həm də Hindistan iqtisadiyyatı çini geridə qoyacaq. Hindistanın göstəriciləri bu il və gələn il 7,6% və 7,6%, çininki isə 7,0 % və 6,8% təşkil edəcək.

Yaponiya, Avropa Birliyi və ABŞ-da üDM-un artımı daha zəif olacaq: uyğun olaraq1,2% və 1,0%, 1,9% və 2,1%, 2,8% və 2,7%.

Bu məlumatlar BMT-nin iqtisadi və sosial məsələlər üzrə Departamentinin 2014-cü ilin sonunda hazırlanmış və may ayında təshih edilmiş “Dünyada iqtisadi durum və onun perspektivləri. İlin ortasının təfərrüatı” məruzəsində göstərilib.

Sabitsizliyin əsas amilləri 2015-ci ilin sonunda ABŞ-da faiz tariflərinin mümkün artımı, Yunanıstandakı borc böhranı, həmçinin Yəmən, Suriya və Ukraynadakı münaqişələrdir.

Donbas, sanksiyalar və neft hamıya zərbə vurur. Neftin qymətinin enməsi, Ukraynanın şərqindəki silahlı münaqişə və Rusiyaya qarşı sanksiyalar təkcə Rusiyada deyil, həm də MDB ölkələrində və Gürcüstanda durumu pisləşdirib. BMT ekspertlərinin hesablamasına görə, onların müştərək üDM 2015-ci ildə 2,1% azalacaq və 2016-cı ildə 0,9%-ə zorla çatacaq.

(Krımın ilhaqı və Donbasda özünü müstəqil elan etmiş respublikalara dəstəkdən sonra) Rusiyaya qarşı sanksiyaların təsiri məhdud olsa da, bu, kapitalın ölkədən çıxmasına, milli valyutanın zəifləməsinə və biznesin düşməsinə gətirib çıxartdı.

BMT ekspertləri dekabrda hesabladılar ki, Rusiya iqtisadiyyatı 2015-ci ildə 0,2% inkişaf edəcək. Hazırda işgüzar fəallığın azalması, kreditlər üzrə investorları qaçırdan yüksək tarif və yüksək inflyasiyaya görə istehlakın azalması üzündən onun üçün üçfaizlik zəifləmə proqnozlaşdırırlar. Bu, Rusiya iqtisadi inkişaf nazirliyinin proqnozları ilə üst-üstə düşür.

“Rosstat”ın məlumatına görə, Rusiyada 2015-ci ilin I rübündə üDM-in azalması 2014-cü ilin həmin dövrü ilə müqayisədə 1,9% təşkil edib. BMT-nin dəqiqləşdirilmiş proqnozunda bildirilir ki, Ukrayna iqtisadiyyatı sənaye Donbasındakı münaqişə, sərt xəzinə siyasəti və istehlakın azalmasına görə kəskin şəkildə aşağı düşəcək.

Rusiya və Ukrayna bazarlarındakı zəiflik Belorusdakı inkişafı da ləngidəcək.

Neft ixracından gəlirlərin azalması Azərbaycan və Qazaxıstanda inkişafın ləngiməsinə səbəb olacaq.

Kasıb ölkələr – enerji ehtiyatı idxalçıları Ermənistan, Qırğızıstan, Moldova və Tacikistan Rusiya bazarının qismən itirilməsi və RF-dan əmək mühacirlərinin geri qayıtmasına görə yanacağın qiymətinin enməsindən üstünlük əldə edə bilməyəcək.

Beynəlxalq Valyuta Fondu bu ərəfədə qeyd etdi ki, Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı onların əsas tərəfdaşı olan Rusiyada iqtisadi inkişafın zəifləməsi və neft qiymətlərinin düşməsi səbəbindən “ikiqat şok”a məruz qalıb.

Mərkəzi Asiyadan olan əksər əmək mühacirləri Rusiyanı tərk ediblər, çünki maaşlar azalıb.

Rublun kursunun düşməsi və mühacirlərin Rusiyadan evlərinə göndərdiyi pul köçürmələrini dəyərsizləşdirib, bahalaşan dollar onlara mənfi təsir edir.

BVF-nun proqnozuna görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və özbəkistan kimi neft ixrac edən ölkələrdə 2015-ci ildə 3,5% azalma gözlənilir. Məruzə müəlliflərinin göstərdiyi kimi, bu, dünyada neft qiymətlərinin enməsi, Rusiyada iqtisadi fəallığın düşməsi və daxili karbohidrogen hasilatının zəifləməsindən baş verəcək.

BVF proqnozlaşdırır ki, bu il neft idxal edən ölkələrdə – Ermənistan, Gürcüstan və Tacikistanda inkişaf 1, 5% ləngiyəcək.

BVF bu fonda Qafqaz və Mərkəzi Asiya ölkələrinə “qətiyyətli struktur islahlatları” aparmağı tövsiyə edir.

BBC.ru, 21.05.2015