“ATƏT-in Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir”.
Strateq.az apa.az-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, atəşkəs rejimini pozmaq cəhdləri narahatlıq yaradır: “Ən böyük təlaş yaradan məsələ isə dinc əhali arasında itkilərin olmasıdır. Biz ağır artilleriyadan istifadəni pisləyirik”.
Ceyms Uorlik bildirib ki, həmsədrlər tərəflərin razılaşması və atəşkəs rejiminin möhkəmlənməsinə yönəlmiş istənilən təklifi dəstəkləyir.