XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 10:56

İcra başçısı ağlayıb, yoxsa kef məclisi təşkil edib? – İlginc iddia və FOTOLAR
Xəbər verildiyi kimi, ötən həftə Olimpiya məşəli Zərdab rayonuna aparılıb.
Strateq.az Arqument.az-a istinadən xəbər verir ki, məşəli aparan heyətlə yanaşı, bir qrup xarici qonaq, jurnalistlər də Zərdab rayonunda olub:
“Məşəl rayonu tərk edəndən sonra rayonun icra başçısı Lütfəli Babayev əcnəbi qonaqlar üçün ziyafət təşkil edib. Bu barədə sosial şəbəkələrdə məlumat və fotogörüntlər yayılıb. Məlumatda bildirilir ki, həmin ziyafətdə icra başçısı özü də iştirak edib və xarici jurnalistlərlə xeyli oynayıb. Əyləncə zamanı icra başçısının içkili olduğu, qonaq xanımlara qarşı həddindən artıq səmimi davrandığı, onların isə bundan rahatsız olduğu da diqqətdən yayınmayıb”.
Strateq.az xəbər verir ki, məşəl Zərdaba aparılan zaman icra başçısına yaxın olanlar sosial şəbəkələrdə tamam fərqli məlumat yayırdılar. İddia olunurdu ki, L.Babayev məşəlin sevincindən ağlayıb. İndi yayıllan bu xəbər və fotollar isə tamam başqa mənzərədən xəbər verir. Görünür, icra başçısı fotolardakı hərəkətinin özünə problem açacağını hiss edib, “ağlamalı” xəbərlərini dövriyyəyə buraxdırıb…
Strateq.az