Martın 23-də Serbiya muzeyində Rusiya Prezidenti Vladimir Putinin mumdan heykəli nümayiş olunub.
Heykəl Yaqodina şəhərində Mum Heykəllər Muzeyi tərəfindən minlərlə insan qarşısında göstərilib. Serbiyanın Xarici işlər naziri Ivica Dacic Putin-i tərifləyib, Rusiyanı ölkənin ənənəvi müttəfiqi adlandırıb.
Putin muzeydə təmsil olunan ilk əcnəbidir. N1 kabel televiziyasının məlumatına görə, heykələ az müddət içində 2 min 500 nəfər baxıb. Muzeydə 30-dək liderin, həmçinin 1990-cı illərdə Serbiyaya rəhbərlik etmiş Slobodan Milosevicin heykəlləri var.