XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 May 2015 - 11:42

Yanğınla bağlı məmur həbsi başladı: İcra Hakimiyyətinin şöbə müdiri saxlandı
mehkeme0cekic.jpg
İki gün əvvəl Binəqədi rayonundan 15 nəfərin ölümü, 61 nəfərin yarlanması ilə nəticələnən yanğınla bağlı yeni həbslər başlayıb.
Bir az əvvəl, Binəqədi İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov həbs olunub. Həbsin səbəbinin yanan bina ilə bağlı başladılmış cinayət işi ilə əlaqədar olduğu deyilir. Bildirilir ki, yanan binaya üzlük material vuran şirkətlə İcra Hakimiyyəti arasındakı müqaviləni təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov bağlayıb.
Strateq.az xəbər verir ki, bununla bağlı məlumat yayan Pia.az saytının iddiasına görə, yanan binaya üzlük vurulmamışdan öncə, bina sakinləri Binəqədi Icra Hakimiyyətində, o cümlədən icra başçısı Xaləddin İsgəndərovun qəbulundə olublar və üzlüklərin vurulmasına etiraz ediblər. Lakin həmin vaxt rayon icra başçısı Xaləddin İsgəndərov və təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov sakinləri otaqdan qovaraq “təxribat” yaratmaqda ittiham ediblər.
Strateq.az xəbəri dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən Strateq.az-a həbs xəbərinin doğru olduğu bildirilib: “Bəli, Ədalət Rəcəbov yanğınla bağlı saxlanılıb”.
Strateq.az