XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 13:20

Bakıda aksiya:sakinlər Gəncə prospektini bağlayıb

Paytaxtın Xətai rayonunda sakinlər axşam saatlarında yolu bağlayıb.

Aksiya keçirən sakinlər Modern.az-a bildirib ki, buna səbəb yaşadıqları binanın işqlarının kəsilməsidir. Binanın həyətində qazıntı işi aparılan zaman elektrik enerjisi kəsilib. Sakinlər isə qazıntı işlərinin aparılmasını binanın həyətində yeni tikili aparacağı ilə əlaqələndiriblər.

Buna görə də Xətai rayonu Gəncə prospektini bağlamaqla diqqəti bu problemə yönəlmək istəyiblər. Hadisə yerinə polis qüvvələri cəlb olunub.