İraqın paytaxtı Bağdaddan 40 kilometr cənubda yerləşən İsgəndəriyyə kəndində baş verən partlayış nəticəsində azı 30 nəfər ölüb, 65 nəfər isə yaralanıb.
Azərtac xarici KİV-lərə istinadla məlumat verir ki, partlayış futbol matçından sonra keçirilən mükafatlandırma mərasimində terrorçu-kamikadze tərəfindən törədilib.
Partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.