XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 16:43

İranın şimal-qərbində hərbi dron qəzaya uğrayıb –Araşdırma gedir

İranın şimal-qərbində hərbi dron qəzaya uğrayıb.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə Xudafərin şəhərinin valisi Əli Əmirirad məlumat verib.

Pilotsuz uçuş aparatı döyüşlərin getdiyi Dağlıq Qarabağ ərazisindən İran əyalətinin Mincavan hissəsindəki Qaraqoç kəndi yaxınlığında boş əraziyə düşüb.

PUA-nın insan və ya mal itkisinə səbəb olmadığını bildirən Əmiriradın sözlərinə görə, hazırda hərbi mütəxəssislər dronun göndərildiyi dəqiq ərazini və  sahibliyini araşdırırlar.

Xatırladaq ki, 35 min əhalisi olan Xudafərin şəhəri Araz çayının o biri sahilində və Azərbaycan Respublikası ilə sərhəddə yerləşir.