XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 10:34

Tramp:"Atəşkəsin pozulmasından məyusam"

Donald Tramp Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlama verib.

Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, ABŞ prezidenti Birləşmiş Ştatlar hökumətinin vasitəçiliyi ilə yeni humanitar atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağda zorakılığın bərpasından pərişanlıq keçirdiyini bildirib.

“Dağlıq Qarabağda atəşkəsin pozulması məni məyus edir. Ölkələr arasında münaqişə uzun müddət davam etdikdə, belə olur”.

Ermənistan və Azərbaycan Respublikası arasında son humanitar atəşkəs razılaşması Vaşinqtonda, ABŞ dövlət katibi Mayk Pompeo, habelə iki Cənubi Qafqaz dövlətinin XİN başçılarının iştirakı ilə əldə edilmişdi.