XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 05:03

Putinin varislərindən sayılan Türk General xaç çevirir – Siyasi portret

soyqu.jpg

İki gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqunun altmış yaşı tamam oldu. General Şoyqu prezident Vladimir Putindən sonra bu gün Rusiyada ən populyar simadır. Onun sürətli karyerası xaricdə də böyük maraq doğurub və həmişə maraqla izlənilib.

Straeq.az olaraq oxucularımızın diqqətinə əvvəlcə polşalı jurnalistin Şoyqu haqqında yazısını təqdim edirik. Sabahkı burxılışımzda isə nazir barədə rus jurnalistinin yazısını təqdim edəcəyik.

Sergey Kujuqetoviç Şoyqu Rusiyanın müdafiə naziridir. Bu məqamda Oruelli (məşhur ingilis yazıçısı-red.) xatırlayıb özümə sual verirəm: müdafiə nazirliyi təcavüzkarın nəyinə lazımdır? Pentaqon, yəni Amerikanın müdafiə nazirliyi 1947-ci ilədək müharibə nazirliyi adlanırdı.

Şoyqu – son dərəcə maraqlı şəzxsiyyətdir. Birincisi, Putinin mümkün varislərindən biri kimi tez-tez onun adı çəkilir. Əlbəttə, bugünki Rusiya, “Möhtəşəm yüzillik” serialından tanıdığımız XVI əsr Türkiyəsi və yaxud Quzey Koreya kimi ölkələrdə “populyar varis” söz birləşməsi daxili ziddiyət ehtiva edir: populyar adam varis olmur, başından olur. Hətta demokratiyada və yaxud yarıdemokratiyada (son zamanlar politoloji dildə daha elmli adamların “hibrid” sözüylə əvəzlədiyi “yarı” önlüklü sözlər möhkəm dəbə minib) olduqca populyar dövlət və yaxud partiya başçısının aparıcı roluna təhdid olan siyasətçi həyatını qoruya bilsə də axırı, adətən, yaxşı olmur.

İkincisi, Şoyqunu bitərəf və qabiliyyətli texnokrat hesab edirlər. Əlbəttə, bircə gündə vətəndaşların hersoginya Middltonun qız doğmadığı və bir yetimi qızlığa götürdüyünə inandırılması mümkün olan bir ölkədə bu fikir bizə məlum və ya naməlum faktlara söykənmir. İstənilən halda Şoyqu 1991-2012-ci illərdə fövqəladə hallar üzrə nazir olub. Rusiya üçün olduqca maraqlı karyeradır. O, on iki baş nazirin dönəmində mütəxəssis kimi televiziyada gah seldən, gah aviaqəzalardan, gah çeçenistandakı iki müharibədən, gah da terrorçuluqdan danışmaqla vəzifədə olub.

üçüncüsü, Şoyqu 20-dən çox orden və medalla, o cümlədən “Azad Rusiyanın müdafiəçisinə”, “Krımın qaytarılmasına görə” medalı ilə təltif edilmiş adamdır. Əlbəttə, sonuncu mükafat kimisə Əgər Rusiya ordusu Krımın doğma “ağuş”a qaytarılmasında iştirak etməyibsə, müdafiə naziri medalı nəyə görə alıb?” sualını verməyə vadar edə bilər: axı bu, guya ki, yarımadanın rus əhalisinin demokratik şəkildə öz iradəsini bildirməsi aktı idi. Lakin Rusiyada bu sualı heç kim vermir, axı orada hər şeyi bilirlər. Qərbdə isə, artıq xatırtlatdığım kimi, Şoyqunu partiyasız və təmiz adam hesab edirlər.

Dördüncüsü, Şoyqu qanunsuzcasına Ukrayna ərazisində görünən (formalı və ya formasız) Rusiya hərbçilərinə cavabdeh olsa da və Ukraynada ona qarşı iş qaldırılsa da, onun adı Avropa Birliyi və yaxud Birləşmiş Ştatlara gedişi qadağan edilmiş rusiyalıların siyahısına düşmədi. Bununla belə, siyahılarda Vladimir Jirinovski, ya da Ramzan Kadırov kimi səyahətə sevgisi ilə o qədər də seçilməyən onlarla balıqcığaz qeyd olunub.

Beşincisi, Şoyqu Polşa da daxil olmaqla 20 ölkənin üzv olduğu yanğından xilaskarların Beynəlxalq idman federasiyasını təşkil edib və 2012-ci ilədək bu qurumun prezidenti olub. özümdən uydurmuram, internetdə yoxlaya bilərsiniz.

Altıncısı isə, Sergey Kujuqetoviç Şoyqu dünyanı tanıyan adamdır. O, peşəcə inşaatçı mühəndisdir və SSRİ-nin dağılmasından əvvəl son on ili, necə deyərlər, böyük inşaatla məşğul olmaqla xaricdə keçirdib. O, çoxlarının bir dildə zorla danışdığı ölkədə doqquz dil bilir.

O, çoxlarının kolbasanı pas basmış bıçaqla doğradığı ölkədə on min dollarla dəyəri olan ən böyük samuray qılıncları kolleksiyasının sahibidir. Və xalq bununla fəxr edir.

Necə bitirək? Mayın 9-da ordenlər taxmış Şoyqu Moskvada Qələbə paradını açaraq ciddi sifətlə özünü xaçın himayəsinə verdi. Bu, sivil dünyada müsbət reaksiya doğurdu. İnsanların iman dərəcəsi və dindarlıq səviyyəsini dəyərləndirmək mənlik deyil, lakin tanış rusiyalıya sual etdim ki, Sov.İKP-nin keçmiş və Putinin indiki “Miras” partiyasının üzvünün (mətndə bu cürdür-red.) bu qəribə jestini necə izah etməli? L. Mənə dedi: Fikir vermə, o bunu etməyə məcburdur. çünki son zamanlar şayiələr gəzir ki, yəhudidir”.

Şoyqunu həmişə buddaçı, Rusiyanın irqi və dini səmimiyyətinin timsalı – monqol mənşəli tuvin və yaxud tuvin monqol kimi təqdim ediblər. Şəraitin qəribə gedişatı: Tannu-Tuva 1944-cü ildə müəmmalı şəraitdə Sovet İttifaqına daxil oldu. Şoyqunun atası isə orada fəal kommunist idi: bəlkə, ilhaq texnologiyasını oğluna o ötürüb? Nazirin anası rus idi, adı Aleksandra olsa da, hər halda ata xətti üzə pırtladı: Yakovlyevna.

Xaç çəkməyin yardım edib-etməyəcəyini bir müddətdən sonra görəcəyik.

Strateq.az-dan: Şoyqu müsahibələrindən birində deyib ki, onu hələ beş yaşında xaç suyuna çəkiblər.

İrena Lasota

“Rzeczpospolita” (Polşa), 22.05.2015