XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2015 - 09:42

Dünya yeni təhlükədə: ABŞ-Çin soyuq müharibəsi – Təhlil

abs-cin.jpg

Yaxın gələcəkdə xalqlar arasında çempion kim olacaq?

On il əvvəl yüksək dairələrdə heç vaxt müzakirə edilməmiş bir mövzu, yəni ABŞ və çin arasında sürəkli geopolitik mübarizə (soyuq müharibə) perspektivi hazırda Vaşinqtonla Pekinin xaric siyasət salonlarında bir nömrəli mövzuya çevrilib. Brləşmiş Ştatlarda beynəlxalq məsələlər üzrə mərkəzçilik Şurası ABŞ-ı çinə münasibətdə “böyük strategiya”nı yenidən nəzərdən keçirtməyə çağıran uzun bir hesabat hazırlayıb. çin xalq-azadlıq ordusunun ən nüfuzlu strateqlərindən biri, albay Lyu Minfu “çin arzusu” adlı son kitabında yazır: “çin və ABŞ XXI əsrdə döyüş marığında duracaq və xalqlar arasında çempion adı uğrunda mübarizə aparacaq”.

Altı ölkənin öz sahiblik haqqını elan etmiş Spartli arxipelaqı bölgəsində Pekinin süni adalar inşa etdiyi Güney çin dənizindəki indiki gərgin durum, şübhəsiz ki, ikinci soyuq müharibəyə hazırlıq kimi görünür. ABŞ müdafiə nazirliyi mayın ortasında məlumat verdi ki, adalar silsiləsindən 12 mil uzaqlıqdakı zonaya müşahidə təyyarələri və hərbi gəmilər göndərmək imkanını nəzərdən keçirdir ki, bu da Pekin üçün geri çəkilmək siqnalı olacaq. çin XİN ləngimədən ABŞ-ı təkcə bu cür niyyətə görə pislədi. Bu arada çinlə Rusiyanın doqquz gəmisi ən yaxın dövrdə iki tarixi rəqib arasındakı münasibətlərin mülayimləşməsinin sübutu kimi, Aralıq dənizində birgə təlim keçirtdi.

Pekinə dərin inamsızlıqla yanaşan Vyetnam bir ay öncə Hanoyda ABŞ-ın müdafiə müəssisələrinin onlarla təmsilçisini qəbul etdi. Onlar ABŞ-ın Vyetnam müharibəsindəki məğlubiyyətinin 40 illik şənliklərindən səkkiz gün əvvəl gəlmişdilər.

Hərbi oyunlar, potensial silah tədarükləri, dünyanın bəzi uzaq guşələrindəki mübahisəli ərazilər haqda söz dartışmaları. Bütün bunlar xeyli dərəcədə soyuq müharibənin tərtibatlarını yada salır. Lakin ikinci soyuq müharibədə Pekin-Vaşinqton qarşıdurması – əgər qaçılmaz olarsa – əvvəlki sələfindən xeyli fərqlənəcək.

Əsas və aşkar fərq bundan ibarətdir ki, Pekin bu rəqabətdə Sovet İttifaqının heç yuxusuna da girməyəsi böyük iqtisadi qüdrətə malik olacaq. çinin dünyanın ikinci ən böyük iqtisadiyyatı kimi, təxminən, on ildən sonra Birləşmiş Ştatları tamamilə üstələməsi və ən iri iqtisadiyyat mövqeyini tutması mümkündür.

Eyni zamanda dövlət iqtisadiyyatda hakim yüksəkliklərə – banklar, telekommunikasiya, energetika – nəzarət edir. O bunu bazara yönəlməklə həyta keçirməyə cəhd edir və bunun sayəsində sənayenin müxtəlif sahələrində özəl təşəbbüs qısnanmadan qalır (o cümlədən yüksək texnologiyalar sahəsində). Bu da çinin son otuz il ərzində müşahidə etdiyimiz ağlasığmaz yüksəlişinə səbəb oldu. “Alibaba Group” şirkəti buna ən yaxın misallardan biridir. Qüdrətli sovet şirkətlərinin qiymətli kağızlarla NASDAQ və yaxud Nyu-York fond birjasına emissiyasını xatırlayırsınızmı? Xatırlamırsınız. çünki bunlar heç vaxt mövcud olmayıb.

çin hazırda öz iqtisadi qüdrətini xaricdə yaymaqla məşğuldur. O, Afrikadakı infrastruktur layihələrinə xeyli vəsait yatırır. Bütün Afrika və Latın Amerikasından xammal – neft, qaz və faydalı qazıntıları almaq üçün nəhəng valyuta ehtiyatlarından yararlanır. Buna tez-tez və qismən yanlış şəkildə “yumşaq güc”ün təzahürü deyirlər. İqtisadi hakimiyyətlə yümşaq güc tam eyni deyil. Yumşaq güc çoxsaylı amillərlə müəyyən olunur: idarəçilik forması, hakimiyyətin şəffaflığı, elitanın mülki əhali qarşısında geniş hesabatlılığı, dövlətin müdafiə etdiyi və qəbul etmədiyi prinsiplər. İqtisadi hakimiyyət şəxsi cibin necə tez doldurulmasında ifadə olunur. Pekin bu işlə yetərincə təzavüzkarcasına məşğul olur və onun valyuta ehtiyatları nəzərə alınsa, ehtimal etmək olar ki, hətta indi çinin çox şiddətli iqtisadi yüksəlişi ləngisə də, müəyyən müddət elə bu yöndə hərəkət edəcək.

Bir çox analitiklərin fikrincə, ABŞ özgə və bəlkə də, daha ağır vəziyyətdədir. Son illərdə çinin müdafiə üzrə xərcləri sürətlə artsa da, ABŞ özünün hərbi aktivləri – sərt gücü üzrə çini kölgədə qoyur. Lakin iki ölkə arasında soyuq müharibə perspektivi var idi və hələ də müəyyən dərəcədə qalmaqdadır. Milli təhlükəsizlik Şurasının keçmiş əməkdaşı Aaron Fridberqin keçən il özünün “Birincilik uğrunda mübarizə” kitabında yazdığı kimi, “Hazırda Birləşmiş Ştatların sərəncamında olan əzəmətli üstünlük onun yeni texnologiyaları hazırlamaq və tətbiq etməyinin, həmçinin böyük və mütəhərrik iqtisadiyyatının hərbi birinciliyi təmin etməyə xərcləri saxlamaqda keçilməz qabiliyyətinin nəticəsidir”.

Birləşmiş Ştatlar çinə nisbətdə daha inkişaf etmiş ölkədirmi? Şübhəsiz. ölkə əvvəlki kimi innovasiyalar sahəsində liderdir. Bəli. Lakin bunun əhəmiyəti tədricən azalır. Həm də ABŞ-ın qarşısında vahimə yaradan tam bir silsilə daxili iqtisadi problemlər mövcuddur: borclardan tutmuş demoqrafik göstəricilər və sanki, cüzi kritik sürətdə ilişib qalmış iqtisadiyyata qədər. Fridberq yazır: “ABŞ-ın uzunmüddətli perspektivdə çinlə rəqabətdə öz iqtisadi üstünlüklərindən istifadə edə biləcəyi heç bir halda aşkar deyil”.

Birinci soyuq mühaibəsi ilə hazırda biçimlənən ikinci soyuq müharibə arasında köklü fərqlərdən biri də, “Fortune 500”-ün fikrincə, Sovet İttifaqının əksinə olaraq, çin iqtisadiyyatının dünyada ən önəmli rol oynaması kimi sadə faktdan ibarətdir. Pekin öz bazarına girişdən geopolitik mübahisələrdə rıçaq qismində istifadə edə bilər, bununla bərabər Amerika isteblişmentinin ən yüksək dairələrində – böyük biznes mühitində oynaya bilər.

Nə qədər ki, çin cari iqtisadi gerçəkliyi kökündən dəyişən iqtisadi böhrandan yayına bilir, geopolitik rəqabət gücləndikcə bu gerçəkliklərə uyğunlaşmaq Vaşinqton üçün daha da çətin olacaq.

Əlbəttə ki, bütün bunlarda böyük bir kinayə çaları gizlənib. Axı bir çox onilliklər ərzində ABŞ-ın siyasəti çinin iqtisadi inkişafına yardıma hədəflənmişdi. Bz əmin idik ki, ticarət və tərəqqi vasitəsilə Pekinə siyasi dəyişimlər gələcək (iqtisadi uğurların yaşam qabiliyyətli demokratiyaya çevrildiyi keçmiş avtoritar dövlətlər Güney Koreya və Tayvanda olduğu kimi). Bu qənaətlər artıq çoxdan keşmişə qovuşub. çin Kommunist Partiyası və və onun birpartiyalı rəhbərliyi, deyəsən, öz mövqelərini təhvil verməyə hazırlaşmır.

çin həmçinin uzun bir oyuna hesablayır. Hazırda onun silahlı qüvvələri adi bölgə oyunçusu kimi ç
ıxış edir, lakin partiya 2049-cu ildə özünün 100 illiyini bayram edəndə çin dünya miqyaslı hərbi gücə tamamilə sahib ola bilər. Hər halda, partiya və ordunun daha döyüşkən ünsürlərinin niyyəti bu cürdür.

Vaşinqton səmimi şəkildə əmin idi ki, güclü rəqiblə dünya qarşıdurmsı arxada qalıb, tarixçilərin sərvətinə çevrilib. Onun indi oyanıb digər gerçəkliyin varlığını dərk etməsi Lyu Minfunun 21-ci əsrin “mərkəzi savaşı” dediyi hadisəyə sarı ilk addımdır.

Bill Pauel

“Newsweek” (ABŞ), 22.05.2015