XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 12:43

“Dostluq” parkı ətrafında sökülən hasarların kimə məxsus olduğu bilindi (ÖZƏL)

Bakıda yaşayış binasında baş verən yanğına həsr edilən müşavirədə ölkə başçısı İlham Əliyevin Səbail rayonu ərazisində olan və əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan “Dostluq” parkında qanunsuz villaların tikilməsinə dair bildirdiyi irad əlaqədar qurumları hərəkətə keçməyə vadar edib.

Strateq.az-ın əldə etdiyi məlumata görə, dünən gecə saatlarında Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da iştirakı ilə həmin əraziyə yaxın yerdə iki tanınmış şəxsə məxsus hasarlanmış ərazi sökülüb.

Kamran Musayev

Mənbəmizin verdiyi məlumatda bildirilir ki, sökülən hasarlardan biri Azərbaycan ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə, digəri isə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq sədri Arif Qaraşova məxsus olub: Həmin adamların əlində Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncam olsa da, buna məhəl qoyulmayıb. Arif Qaraşova məxsus ərazi bir hektara yaxındır, Kamran Musayevin həyəti isə 12 sot olub”.

Həmin ərazidə bir neçə yüksək dövlət vəzifəsi tutan şəxslərə məxsus villa və torpaq sahələrinin olduğu da bizə verilən məlumatlar sırasındadır. Ancaq bəzi dəqiqləşdirmələrə ehtiyac duyulduğundan, hələlik onların adlarını çəkmirik…

Yazıda adları çəkilən hər iki şəxsin isə mövqeyini işıqlandırmağa hazırıq.

Arif Qaraşov

Strateq.az