XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 13:11

İŞİD-i İraqda kim dayandıra bilər? – Təhlil

Ekspertlər: “İraq əsgərləri ciddi toqquşmaya hazır deyillər”

Keçən bazar günü İraq ordusu Ramadini tərk etdi və xeyli intensiv döyüşdən sonra İraqın ən böyük əyalətinin paytaxtı və Bağdadın cəmi 110 km-liyində yerləşmiş Ramadi şəhəri İŞİD-in nəzarətinə keçdi. Ordu və polisin geri çəkilməsi xaotik idi. Hərbi avtomobillərin özlərinə yol açmaq üçün bir-birini necə qısnadığını şahidlər lentə alıblar. İŞİD döyüşçüləri isə bildiriblər ki, ordunun tərk etdiyi tanklar və raket qurğuları onların əlinə keçib.

Cihadçılar keçən il böyüklüyünə görə İraqın ikinci şəhəri Mosulu, sonralar isə Fallucanı ələ keçirəndə də eyni hal baş vermişdi. Düzdür, bu ilin aprelində İraq ordusu Tikriti geri qaytara bilib. Bəs İraq hökumət qoşunlarının İŞİD döyüşçülərinə qarşı çıxa biməmək bacarığını necə izah etmək olar? İraqda İŞİD-ə qarşı dura biləcək başqa bir qüvvə – məsələn, şiə birləşmələri – varmı?

Aldadıcı rəqəmlər

Kağız üstündə İraq hökumətinin komandanlığı altında zəhmli qüvvə var – sayı 193 min nəfəri keçən ordu və yarım milyondan çox polis və hərbiləşdirilmiş birləşmələrin üzvləri. Ən azı, strateji araşdırmalar üzrə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 2014-cü ildə aparılmış hesablamalar bu cürdür.

Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, İŞİD-in İraq və Suriyada 31 minə yaxın döyüşçüsü var, yəni hökümət qüvvələrinin sayı cihadçıları əməlli-başlı üstələyir. Lakin indiki halda say heç də ən həlledici amil deyil.

2014-cü ilin noyabrında İraq ordusunda korrupsiya araşdırmaları 50 min “ölü can” – ya heç vaxt mövcud olmamış, ya da əvvəllər xidmət etdikdən sonra tərxis edilmiş hərbçilər aşkarladı.

Yeni ordu köhnənin tayı deyil

Səddam Hüseyn devrildikdən sonra onun hərbi ordusu tamamilə buraxılıb, əvəzinə təzəsi yaradılıb. Lakin indi məlum olur ki, yaradılış prosesində ciddi səhvlər buraxılıb. Güman ki, belə səhvlərdən biri kiçik rütbəlilərin hər cür həvəsləndirildiyi Qərb tipli ordu yaratmaq cəhdləri idi.

Şiə yığmasının əksər döyüşçüləri silahlanma və hazırlıq səviyyəsinə görə İraq ordusundan geri qalmır.

2011-ci ilin sonunda Amerika ordusunun İraqdan çıxarılması ABŞ hazırlığı altında keçirilən ordunun hazırlanması proqramının dayandırılmasına gətirib çıxartdı. Ekspertlərin fikrncə, İraq əsgərləri ciddi toqquşmaya hazır deyillər.

İŞİD-in ən qorxulu səhra komandirləri içində isə sünnilərin üstünlük təşkil etdiyi Səddam ordusunun keçmiş zabitləri çoxdur.

Şiələrin yığma qoşunu

2014-cü ilin iyununda Mosulun süqutundan sonra hazırda sayı on minlərlə hesablanan Səfərəbər edilmiş Xalq Qüvvələri (SXQ) deyilən qurum İŞİD-ə qarşı durmağa başladı.

BBC-nin ərəb xidmətinin müxbiri Murad Batal Şişaninin sözlərinə görə, bu qüvvənin nüvəsini iki qrup təşkil edir. Birinci – şiələrin “Bədr briqadası”“Hizbullah” kimi hərbiləşdirilmiş məşhur birləşmələridir. çoxsaylı məlumatlara əsasən, bu qruplar İranın dəstəyindən istifadə edir. Anbar vilayətində bəzü sünnilər şiə SXQ sıralarına daxil olublar.

SXQ-i təşkil edən ikinci qrup şiə ruhanilərinin İŞİD-ə qarşı müharibəyə qalxmaq çağrışını eşidənlərdir. Mosulun süqutundan bir neçə gün sonra şiələrin əsas imamları silaha sarılmaq çağrışı ilə çıxış etdilər.

Bağdaddan gələn məlumatlara görə, şiə icmasındakı gənclərin əksəriyyəti məscidlərdə şiə yığmasına yazılır və SXQ-nin hazırlıq düşərgələrinə yollanır.

İcmalararası inamsızlıq

Səfərbər edilmiş qüvvələr bir ay əvvəl cihadçı sünnilərə əsaslı zərbə endirməyə və İŞİD döyüşçülərini Tikritdən qovmağa nail oldu. Lakin sonradan şiə yığmasını yerli sünnilərə hücumda ittiham etdilər. Hüquq müdafiəçiləri bildirdilər ki, qisas arzusu qalibləri hərəkətə gətirib.

İraq “Hizbullah”ının – SXQ-ə daxil olan qruplardan biri – təmsilçisi Cəfər əl-Hüseyni BBC-yə bildirib ki, şiə yığmasının döyüşçüləri İraq ordusunun ən yaxın müttəfiqləridir. Lakin o, etiraf edib ki, sünnilər onları başqa cür qəbul edirlər. Anbar vilayətinin İraq hökumətini tanıyan sünniləri hətta şiə yığmasının döyüşçülərini öz yanlarında görmək və İŞİD-dən xilas edən qismində tanımaq istəmirlər.

İraqın sünni icmasının Anbar vilayətində anadan olmuş liderlərindən biri Əbdurəzzaq əl-Şamari bu barədə deyir: “Sünni torpaqlarını bizim oğullardan başqa heç kim azad edə bilməz”.

Bu, Ramadi tutulduqdan sonra İraqın mərkəz hökumətini dəstəkləyən sünni liderləri İŞİD-in axtarması və İraq sünniləri ilə şiələrin vahid sırada cihadçılara qarşı çıxmaqda tələsməməsinə aydınlıq gətirir.

BBC, rus xidməti

23.05.2015