Sergey Şoyqu Rusiyanın ən uzunömürlü siyasətçilərindən biridir. Əlbəttə, Dağıstan rəhbəri Ramazan Abdulatipov kimi, ondan yaşlı siyasətçilər də var. Lakin Rusiyanın birinci hökumətində nazir olub bu günədək sırada qalan yoxdur. O, iyirmi ildən çoxdur ki, Moskvada işləyir – əvvəlcə komitə başçısı, sonra isə fövqəladə hallar nazirliyinin rəhbəri kimi. Sonra Moskva vilayətinin qubernatorluğunda qısa fasilə. İndi isə müdafiə naziri. Krımın Rusiyaya birləşdirilməsindən, Ukraynanın şərqində hərbi əməliyyatlardan söz düşəndə, tarixçilər məhz nazir Sergey Şoyqunu yada salacaqlar.
Müşhidəçilər qeyd edirlər ki, Şoyqu “qorxulu doxsanıncı illəri” elə söyür, düşünmək olar ki, sanki, hakimiyyətə Vladmir Putinlə birlikdə gəlib…
Uzaq Tuvanın müəmmalı taleyi
1944-cü ildə SSRİ adi bir dekretlə Tuvanı RSFSR-in tərkibinə muxtar vlayət kimi qatmaqla özünə birləşdirdi və Monqolustan səsini də çıxartmadı. Sergey Şoyqu 1955-ci idə bu vilayətdə anadan olub. Yerli əndazəyə görə, o, adi ailədən deyildi. Atası Şoyqu Kujuqet Sereyeviç (əslində, pasport verilərkən adla soyad dəyişik salınıb, buna görə də ailənin gerçək soyadı məhz Kujuqetdir) o vaxt rayon qəzetinin – “Şın” (“Pravda”) – redaktoru işləyib. Sonralar Tuva vilayət partiya komitəsinin katibi və Tuva Nazirlər Sovetinin birinci müavini vəzifəsinə yüksəlib. Ailə qarışıq tuvin-rus ailəsiydi. Şoyqunun anası – Aleksandra Yakovlyevna (qızlıq soyadı Kudryavtseva) – əvvəlcə zootexnik, sonra ərinin vəzifəsi artanda respublikanın baş kənd təsərrüfatı idarəsində plan şöbəsinə başçılıq edib.
Gənc Şoyqu Krasnoyarsk politexnik univestetini bitirib və sonra, demək olar, 13 il inşaat və istehsalatda çalışıb. Kəskin vəzifə sıçrayışı 1990-cı ildə baş verdi. Sovetlər Birliyi hələ mövcuddur, lakin gənc tuvin artıq karyerasını Rusiyanın hakimiyyət orqanlarında qurur.
Rusiyanın baş xilaskarı
Krasnoyarsk diyar komitəsinin keçmiş funksioneri 1990-cı ildə gözlənilmədən Moskvada RSFSR arxitektura və inşaat üzrə Komitəsinin sədr müavini vəzifəsini əldə edir. Cəmi bir il sonra Rusiya xilaskarlar korpusunu yaradır və ona başçılıq edir. Nəzərə alaq ki, o dövrdə bu mövzu çox məşhur idi – xüsusən Spitak zələzələsindən sonra. Düzdür, Rusiya xilaskarları 1991-ci ilin avqustunda heç də texnoloji və yaxud təbii fəlakətin deyil, Ağ Ev və Rusiyanın ilk prezidenti Boris Yeltsinin müdafiəsinə qatılmaqla siyasi fəlakətin qurbanlarını xilas edirlər.
“QKçP”-nin təşkil etdiyi dövlət çevrilişinə cəhdin iflasından sonra Sergey Şoyqu “Azad Rusiyanın müdafiəçisi” medalını alır. Bundan sonra yaxın 22 ildə “Rusiyanın baş xilaskarı” olur. Əvvəlcə RSFSR (SSRİ dağılandan sonra Rusiya Federasiyasının) mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticəsinin aradan qaldırılması üzrə Dövlət Komitəsinin sədri qismində, sonralar isə 2012-ci ilədək mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətin nəticəlrinin ləğvi üzrə nazir kimi. Yalnız 1992-ci ildə Şoyqu Quzey Osetiya və İnquşetiya administrasiyası başçısının müavini vəzifəsində osetin-inquş münaqişəsi zonasında durumun normallaşdırılmasında iştirak edərkən onun “xilaskarlıq” karyerasında bir neçə aylıq fasilə olur.
O, bütün bu illər ərzində Rusiya hökumətində ən məşhur nazirlərdən biri, bəzən isə ən məşhuru olub. özünün hesabına görə, ümumilikdə 26 dəfə Rusiyanın baş xilaskarı olub. Nə çernomırdinin, nə Kiriyenkonun, nə Primakovun, hətta nə də Putinin dönəmində hökuməti tərk edib. Əkisnə, 1999-cu ildə “Birlik” siyasi blokunun banisi olmaqla Rusiyanın gələcək prezidentinin əsas dayaqlarından biri olur. Bu birlik, faktiki olaraq, prezident postu uğrunda mübarizədə Putinə dəstək üçün oliqarx Boris Berezovskinin fəal iştirakı ilə “hazırlanıb”.
Şoyqunun öz əllərilə qurduğu FHN-nin ağuşundan məşhur yeni hərbi formalılar çıxdı. Sonradan Krımda hakimiyyət orqanlarını və Ukrayna ordusunun hissələrini mühasirəyə almış “naməlum yaraqlılar” Ukrayna mətbuatında “yaşıl adamcıqlar” adlandırıldı.
2012-ci ildə Putin prezident postuna qayıdır, Şoyqu isə ilk dəfə FHN-i tərk edir. Gözlənilmədən onu Moskva vilayətinin qubernatoru təyin edirlər. çoxları bunu fəxri sürgün kimi qiymətləndirir – həm də iflas etmiş və qayda-qanun yaradılması lazım gələn bölgəyə… Lakin o, burada çox ləngimədi.
Vladimir Putin həmin ilin sonunda (ekspertlərin əksəriyyətinin güman etdiyi kimi) ictimai rəyin və öz çevrəsinin təzyiqi altında müdafiə naziri Anatoli Serdyuku istefaya göndəməyə və onun mühakimə edilməsinə məcbur oldu. Onun keçirdiyi ordu islahatı dayandırıldı, nazirliyə isə Sergey Şoyqu başçılıq etdi.
Tam döyüş hazırlığı vəziyyətinə gətirilən ordu
Hərbi ekspertlərin əkəsriyyətinin qeyd etdiyi kimi, yeni postda başlıca məqsəd Rusiya ordusunun daimi məşqi və tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi olur.
Nəhayət, Sergey Şoyqunun 2014-2015-ci illərdə Krım və Ukrayna hadisələrindəki rolu, Qərbdən göründüyü kimi, bununla müəyyən olunur ki, onu bir neçə dəfə sanksiyalar siyahısına salmaq istədilər. Lakin Rusiya ordusunun nizami bölmələrinin Ukrayna ərazisində vuruşması ittihamlarına baxmayaraq, nə amerikalılar, nə AB-nin üzv ölkələri buna qərar verdi. Buna görə də Moskvada hakim siyasi sinifdə az adam tapılar ki, ən nüfuzlu siyasətçilərdən biri və ölkənin “gücü”nü altmış illik yubiley münasibətilə təbrik etməkdən yayınsın.
Rusiyanın canlı tarixi
Doğma Tuvada isə görkəmli həmyerlinin doğum gününü ümumxalq bayramına çevirmək qərarı hələ 2015-ci ilin əvvəlində qəbul edilmişdi.
O zaman respublika hökuməti Sergey Şoyqunun hünərlərinin çuqun və mozaikada əbəbdiləşdirmək, həmçinin Böyük Vətən müharibəsində qələbənin 70 illiyi yubileyi ilə əlaqələndirilməsi mümkün olan doğum günündə müxtəlif idman-vətənpərvərlik tədbirlərinin təşkili imkanlarını nəzərdən keçirən özəl komissiya yaratdı.
Tuvada sevimli həmyerlinin təntənəli məclisi 2015-ci ilin fevralından başlandı.
Qeyd edək ki, Şoyqunun sərəncamı ilə 2014-cü ildə Tuva ərazisində ə
lahiddə dağ mühərrikli-atıcı briqada yeləşdirilib. Bunun sayəsində 1800 müqaviləçi həmin briqadada çalışa bilər.
Sergey Şoyqu çağdaş Rusiya üçün canlı tarixdir. O, praktik olaraq dövlətin beşiyi başında durub və Yeltsin komandasından yeganə adamdır ki, hakim mövqeyini bu gün də qoruyub saxlayır. Həm də qoruyub saxlamır, öz nüfuzunu artırır. Nahaq deyil ki, Vladimir Putinin daha prezident vəzifəsinə namizədliyini irəli sürməyəcəyi halda Sergey Şoyqunun onun varisi ola bilməsi haqda şayiələr dolaşır.
İvan Preobrajenski
Rosbalt.ru