XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2015 - 05:37

ABŞ-ın müdafiə naziri: “ Biz nə edək, iraqlılar savaşmaq istəmirlər”

ABŞ-ın Müdafiə Naziri Aşton Karter İŞİD-in İraq və Suriyada irəliləyişinin səbəbləri barədə önəmli açıqlamalarda bulundu. O, xüsusilə Ramadi şəhərinin İŞİD-in əlinə keçməsi üzərində dayanaraq bunun səbəbini İraq silahlı qüvvələrinin döyüşmək istəyində olmamasıyla əsaslandırdı.

CNN-ə verdiyi müsahibəsində “Görünən budur ki, iraqlılar döyüşmək istəmirlər” deyən müdafiə naziri bunun heç də qüvvələr nisbətində rəsmi Bağdadın geri qaldığından doğmadığına inanır: “Tam əksinə, onların gücü İŞİD-dən daha çoxdur. Bununla belə savaşmır, cəbhə xəttindən çəkilirlər və bu vəziyyət mənə və bir çoxlarımıza bu mesajı verir: İraqlıların İŞİD-ə qarşı savaşmaq, özlərini qorumaq istəyində ciddi problem yaşayırıq”.

Karterə görə, ABŞ və koalisiya gücləri Bağdadı yalnız silah, sursat və hərbi dəstəklə təmin edər, amma heç kimə döyüşmək əzmi verə bilməz. Bununla belə, Aşton Karter İraqın perspektivindən də ümidsiz deyil : “Onlara təlim, silah və bir az da zaman versək, düşünürəm ki, özlərində mübarizə əzmini inkişaf etdirə bilərlər. Başqa çarə də yoxdur. çüki yalnız onların döyüşəcəkləri təqdirdə İŞİD-i məğlubiyyətə uğratmaq mümkündür”-deyən ABŞ mudafiə naziri nə hava əməliyyatlarının, nə də daha digər vasitələrin savaşma əzmini əvəz etməyəcəyini bildirib.