Polşada keçirilən president seçkisində müxalifətçi “Hüquq və Ədalət” partiyasının namizədi Andjey Duda qalib gəlib.
Strateq.az Polşanın yeni prezidentinin qısa tərcümeyi-halını oxuculara təqdim edir:
Polşanın yeni seçilmiş prezidenti Andjey Duda 16 may 1972-ci ildə Krakovda anadan olub. Yeniyetmə vaxtlarında skaut hərəkatında iştirak edib.
1997-ci ilin fevralında Yagellon Unversitetinin magistraturasını bitirib. 2005-ci ildən hüquq elmlər doktorudur. 1997-ci ildən Yaqellon Unversitetində müəllim kimi çalışıb.
2005-ci ildə Duda özünün şəxsi hüquq firmasını açıb. Həmin il o, parlamentin “Hüquq və Ədalət” klubunun eksperti təyin edilib. 2006-2007-ci illərdə Polşa ədliyyə nazirinin müavini olub.
2008-2010-cu illərdə Lex Kaçinskinin prezident administrasiyasında dövlət katibinin müavini postunu tutub. 2010-cu ildən Krakov şəhər sovetinin deputatı seçilib. 2011-2014-cü illərdə “Hüquq və Ədalət” partiyasından Polşa seyminin üzvü olub. 2014-cü ilin mayından Avropa Parlamentinin deputatıdır.
2014-cü ilin dekabrında “Hüquq və Ədalət” Partiyası tərəfindən Polşa prezidentliyinə namizədliyi irəli sürülüb.
Evlidir. Həyat yoldaşı məşhur Polşa şairi və ədbiyyat tənqidçisi Yulian Kornxauser Aqatın qızıdır. Kinq adlı bir qızı var.